Quşların köçü – Narıngülün yeni hekayəsi

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

Ayaqlarım məni yenə də, həmişəki kimi, köhnə dayanacağa gətirir. Dayanacaq da min illərin tanışıdır, necə var eləcə yerində dayanıb, heç nə dəyişməyib, yenə də tünlükdür.

Adəti üzrə, yenə də “it yiyəsini tanımır”. Avtobuslar az qala bir-birinin üstünə çıxıblar, əyri, köndələn, düz; kimin ürəyi necə istəyir, harada gəldi saxlayıb. Yoldan keçən maşınlar çarəsizlikdən yolu burulub keçirlər. Siqnal səsi konduktorların səsinə qarışıb.

“Allah kəssin belə işi!” Hər dəfə bu dayanacaqdan keçəndə eyni sözləri təkrarlayaraq ürəyimdə sürücülərin halına acıyıram.

“Bu sürücü tayfası çox həyasız olur. Bunlar da bir  başqa millətdir,”- bunu da uzun illər sürücü işləmiş dayım deyirdi. İri qarpız dilimlərini süfrədən götürüb iştahla yeyə-yeyə, həvəslə söyürdü öz tayfasını.

Marşrut üçün müştəri haraylayan konduktor oğlanı  çoxdan tanıyıram. Yəqin ki, dünya dağıla, özünün ağlına gəlməz, amma bir az doğmalığı da var mənə… Günün altında dayanmaqdan sifəti kömür kimi qaralıb. Ağzındakı qabaq dişləri əyri olduğundan çox vaxt ağzını bağlamır. Yenə də öz işindədir. Elə qışqırır ki, elə bil boğazını xüsusi qurğu ilə genəldiblər. Qışqırmaqdan səsi də kallaşıb.

Marşrutların arasından balaca, nuh əyyamından qalma köhnə avtobusumu tapıb şəstlə əyləşirəm. Köhnə marşrutlar artıq çoxdan sıradan çıxıb. Bunları arxivdən tapırlar sanki. Üş-beş ədəd ola, ya olmaya…

Avtobusun qarşısındakı güzgünün yuxarısına “Allahu – Əkbər” və “Məni gözlə” sözləri yazılıb. Güzgünün kənarına yapışdırılmış oyuncaq ayı elə hey atılıb düşür.

-Ay uşaq, getmirsənmi, yatıb qaldıq ki, burada.

Sürücü cavan oğlandır. Heç cavan da demək olmaz, uşağa oxşayır. Arıqdır deyə, belə görünür. İri, qaynar gözləri var. Gözlərinin içi gülür. Əyninə ağ rəngdə, ütüsüz köynək geyinib. Sükandan yapışmış biləkləri çox nazikdir.

-Ə, malış, avtobusu çək kənara!

Yanaşı dayanmış avtobusun sürücsü qızıl dişlərini göstərir.

Oğlan ildırım sürətiylə, əsl kaskadyorlar kimi maşını səkiyə dırmaşdırır.

-Yavaş sür, a bala, bizi o dümyalıq edəcəksən!

Yaşlı bir kişi oturduğu yerdə səndələyir, qalxıb yerini öndəki oturacağa dəyişir.

Sürücü güzgüdən dişlərini ağardır.

-Qorxma, icazəni almışam, o biri dünyayala sazişim də var.

Arxadan aramsız maşın siqnalı eşidilir. Deyəsən, marşrut yoldan keçən hansısa maşının yolunu kəsib. Başımı avtobusun aynasına söykəyib mürgüləyirəm.

 

– Gəl, düş aşa­ğı! Düş, yer­də da­nı­şaq!

Səsə gözlərimi açıram. Yarıaçıq pəncərədən iki əl içəri uzanıb, sürücünün yaxasından yapışıb. İri biləkli əllərdir. Yerdən daha başqa birinin səsi gəlir.
– Bizim qabağımızda nə kişilik edirsən?! Düş aşağı, görək nə deyirsən?!
Sürücü özünü sındırmasa da, hiss olunur ki, düşmək istəmir. Amma dilini də saxlamır:
– Siz kimsiniz, əcəb edirəm! Yol mənimdir, bu dayanacaq bizimdir, saxlamışam!
Oğlanlardan biri dillənir:

– Dü­şür ye­rə kü­çü­yü! Dü­şür, dər­si­ni ve­rək!

De­yə­sən, mə­sə­lə qə­liz­lə­şir. Sü­rü­cü hirs­lə qa­pı­nı açır, az qa­la pən­cə­rə qa­rı­şıq sü­rü­şüb ye­rə dü­şür. Adam­lar söy­lə­nə-söy­lə­nə av­to­bus­dan aşa­ğı enir­lər. “Eti­bar­sız” sər­ni­şin­lər dər­hal baş­qa marş­rut­la­ra üz tu­tur­lar. Kə­nar­da da­ya­nıb ta­ma­şa edən adam­la­ra qo­şu­lu­ram. Yo­lun or­ta­sın­da sü­rü­cüy­lə oğ­lan­la­rın ara­sın­da əməl­li – baş­lı da­va ge­dir. Sü­rü­cü de­yə­sən pis da­laş­mır… Hə­vəs­kar re­jis­sor­la­rın xə­bə­ri ol­sa, yə­qin ki, dö­yüş kadr­la­rı­nı çək­mək üçün əla fürsət olardı.

Bir vaxtlar döyüş filmləri dəbdəydi, döyüşlərin çoxu küçədə baş verirdi. Uşaqlar həvəslə baxırdılar. İndi dəbdən düşüb.

Kon­duk­tor oğ­lan da sü­rü­cü­nün kö­mə­yi­nə gə­lib. Ar­tıq dö­yüş 3 nə­fər­lik ko­man­da­lar ara­sın­da ge­dir. Əs­lin­də, iki nə­fər da­la­şır. O bi­ri­lər: “ara­la­nın” – de­yə cəhd edir­lər, hər­dən zər­bə on­la­ra da də­yir. Hə­yə­can­dan bə­də­nim əsir. Sürücü üçün çox qorxuram.
Sü­rü­cü­yə da­va edən oğ­lan­lar­dan bi­ri ya­xın­lıq­da da­yan­mış ba­ha­lı av­to­mo­bi­lə ya­na­şır, qa­pı­nı açır, əyi­lib otu­ra­ca­ğın al­tın­dan nə isə gö­tü­rür. Fi­kir ve­ri­rəm. Bı­çaq­dır! İn­di­cə ya­xın­la­şıb sü­rü­cü­nün kü­rə­yi­nə san­ca­caq! Sü­rü­cü ar­xa­sı­nı ona çe­vi­rib, ba­şı­nı rə­qi­bi­nin si­nə­si­nə di­rə­yib. Əlin­də bı­çaq olan oğ­lan qı­mıl­da­nır, ar­xa­dan vu­ra­caq in­di. Vu­ra­caq! Tə­səv­vü­rü­mə gə­ti­ri­rəm ki, oğ­lan bı­ça­ğı zərb­lə sü­rü­cü­nün kü­rə­yi­nə vu­rub, hər tə­rəf qan­dır. Qan as­fal­tın üs­tüy­lə axıb ge­dir. Sü­rü­cü ye­rə uza­nıb. De­yə­sən, ölüb. Üzü­nü ör­tüb­lər. Ana­sı vay-şü­vən qo­pa­ra-qo­pa­ra gə­lir. Əl­lə­ri­ni tez-tez diz­lə­ri­nə çır­pır. Ana­sı öl­sün… Gö­rə­sən, anası varmı?

Oğ­lan bı­çaq olan əli­ni yu­xa­rı qal­dı­rır. Gü­nəş də yu­xa­rı­da­dır, düz gö­yün or­ta­sın­da. Gü­nə­şin şüa­la­rı bı­ça­ğın üzə­rin­də oy­na­yır, işı­ğı göz­lə­ri­mə dü­şür. Gü­nəş də, bı­çaq da çox ya­xın­da­dır. İrə­li ke­çi­rəm. Yu­xa­rı qal­dı­rıl­mış bı­çaq zərb­lə qo­lu­ma san­cı­lır. Heç nə hiss etmirəm. Oğlanın bıçaq tutam əlindən yapışmışam. Bu əfə doğrudan da qan axır. Həm də qan asfalta deyil, biləyimə, oradan da axıb ovcuma tökülür. Sürücünün sifəti ağappaqdır. Kənara çəkilib heyrətlə mənə baxır. O biir oğlan da qanı görünb sakitləşib. Küçədə hamı gözünü qolumdan axan qana zilləyib. Qolumdan axan qan da, günəş də qıpqırmızıdır.

Həkim xanım deyir ki, qolun incidəcək. Amma keçib gedəcək.

Hə­kim əy­nin­də­ki xa­la­tın be­li­ni toq­qay­la bərk-bərk sı­xıb bağ­la­yıb, bə­də­ni sək­kiz rə­qə­mi­nə ox­şa­yır. Uzun –uza­dı re­sept ya­zır. İs­tə­yi­rəm de­yəm ki, ba­ha­lı dər­man­lar yaz­ma, fir­ma dər­man­la­rı ol­ma­sın! De­yəm­mi­rəm… Nə­ha­yət ki, işi­ni bi­ti­rir, qə­lə­mi ye­rə qo­yur.

– Gə­lər­sən, sar­ğı­nı də­yi­şə­rik. Bir həf­tə hər gün gəl­mə­li­sən,- de­yir.

…Po­lis iş­çi­si uzun –uza­dı, heç ki­mə fi­kir ver­mə­dən­ ağ ka­ğız­la­ra nə­sə ya­zır. Lap re­sept yazan həkim kimi durmadan elə hey yazır.

Po­lis mən­tə­qə­si­nə hə­lə in­di fi­kir ve­ri­rəm. Ba­la­ca otaq­dır, ota­ğın heç bir ye­rin­də pən­cə­rə yox­dur. Di­var­lar cəh­ra­yı rəng­də­dir, qar­şı tə­rəf­də­ki di­var­da gü­nəş şüa­la­rı rəqs edir. Ey­nən oğ­la­nın əlin­də­ki bı­ça­ğın üzə­rin­də­ki ki­mi rəqs edir şüa­lar… Qə­ri­bə­dir! Axı bu­ra gün düş­mür, bəs di­var­da­kı gü­nəş şüa­la­rı har­dan­dı­r?

Polis yazılı kağızı qarşısına qoyur:

Buradan qol çək, buradan da qol… buradan…

Qolumun yarası incidir.

– Yax­şı ki, ge­cik­mə­din –yox­sa, sü­rü­cü­nü o dün­ya­lıq edə­cək­di­lər. Yax­şı tər­pən­mi­sən! Oğ­la­nı xi­las et­mi­sən!- hün­dür­boy, en­li­kü­rək po­lis iş­çi­si pən­cə­rə­nin qar­şı­sın­da gə­zi­şə­rək dil­lə­nir – qəh­rə­man­lıq et­mi­sən!

Po­li­sin üzün­də bir az da is­teh­za qa­rı­şıq tə­bəs­süm var.
Am­ma mən ona fi­kir ver­mi­rəm. Doğ­ru­dur, qəh­rə­man­lıq et­mək fi­lan ağ­lı­mın ucun­dan da keç­mə­yib. Am­ma qəh­rə­man­lar da əv­vəl­cə­dən dü­şü­nüb hə­rə­kət et­mir­lər axı…

Po­lis mən­tə­qə­si­nin hə­yə­ti­nə çı­xı­ram. Hə­yət­də­ki hün­dür ağa­cın ba­şın­da quş­lar o tə­rəf – bu tə­rə­fə uçu­şur. Cik­kil­ti səs­lə­ri alə­mi ba­şı­na gö­tü­rüb. Ağacın başında  əməl­li baş­lı iz­di­ham­dır.

Gö­rə­sən, bu quş­la­rın kö­çü han­sı fə­sil­də baş­la­nı­r?..

 

150 baxılıb
mersin escort