ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

Məlahət HÜMMƏTQIZInın yeni hekayəsi 

Xəyal məni  çox-çox uzaqlara, həkimlərin  andiçmə mərasiminə  apardı. O günlərin xatirəsi ürəyimin ən dərin guşəsində yaşayır…  Hər  şey elə o  gündən  başladı. 1997-ci ilin  gözəl  yay günlərindən biri idi. İmtahanları yenicə bitirmişdik. Auditoriyanın, sinfin havası hələ başımızdaydı. Gəncliyimizin qayğısız, coşqun günlərini yaşayırdıq. Allahım, nə bəxtəvərdik…  Opera və Balet teatrında andiçmə mərasimimiz  keçirilirdi. Bilmirəm nədəndi, yolunu səbirsizliklə gözlədiyim, saatlarla hazırlaşdığım bu təmtəraqlı mərasimə gecikdim. Minbir həvəslə məhz bu gün üçün seçdiyim gözəl libasımı geyinmişdim, ürəyim çırpına-çırpına  bu möhtəşəm,  daşına-divarına kübarlıq hopmuş binaya daxil oldum.  Elə qapını açmağımla tələbələrin ”and içirik”  xorunu eşitməyim bir oldu. Tez ətrafıma baxıb,  çəkinmədən həmin kəlmələri təkrarladım.  Həm də belə bir taleyüklü tədbirə gecikdiyim üçün çox utandım. Amma nə fayda, olan olmuşdu. İkinci mərtəbəyə qalxıb, qrup yoldaşlarımı axtarmağa başladım. Qaranlıq olsa da, bir təhər onları tapıb yanlarında əyləşdim.

-Ay qız, haradasan, andiçməyə niyə gecikdin? -deyə  rəfiqəm Gülarə təəccüblə soruşdu.

-Heç bilmirəm necə oldu? -deyib kövrəldim, məni ağlamaq tutdu.

Halımın dəyişdiyini görən rəfiqəm məni sakitləşdirməyə çalışdı, gülümsəyərək:

-Yaxşı, sakit ol, kefini pozma, indi əla konsert olacaq,  – deyib susdu.

Konsert eynimi açmadı, axıra kimi özümə gələ bilmədim. Pərt olmuşdum. Bir neçə dəfə ürəyimdə   yaxşı həkim olacağıma  and içdim…

Mən təyinatımı poliklinikaya aldım. Hər gün neçə  xəstə ümidlə, təlaşla qapımı açirdı.  Gənc olduğumu görüb, bəzən tibb bacısına həkim deyənlər  də olurdu, mənim həkim olduğumu bilib ağız büzənlər də.  Amma müalicənin xeyirini gördükdən sonra sevinib təşəkkür edənlər də getdikcə çoxalırdı.  Peşəmi çox sevirdim, o da mənə uğur gətirirdi.  Pasiyentlərimin sayı çoxalır, insanların mənə  inamı artırdı. Ən şirin nemətlərini – sağlamlıqlarını mənə etibar edirdilər. Hər bir  uğuruma görə isə mən atama borclu idim.  Bu peşəni  o  mənə  sevdirmişdi.   Jurnalist olmaq istəyimi bilə-bilə  mənim həkim olmağımı istəmişdi. ”Həkim olub, yaza bilərsən, amma yaza-yaza həkim ola bilməzsən. Bundan gözəl peşə ola bilməz. Hamının həkimə ehtiyacı olur, sən insanlara kömək edəcəksən, onları həyata qaytaracaqsan”, deyirdi.  Mən də sırğa edib asmışdım bu  kəlmələri qulağımdan. Atam nə qədər haqlıymış…

Deyirlər, insanını ağlına gəlməyən başına gələr. Yatsam yuxuma girməzdi ki, bir gün koronavirus pandemiyası dünyanı ağzına alacaq və mən  könüllü həkim kimi ön cəbhədə  virusla mübarizəyə atılacağam. İşlədiyim poliklinikaya  TƏBİB tərəfindən təcili  sərəncam gəldi.  Hərarəti olan xəstələr üçün  filtr otağı yaradılmalı, onlar buradan keçməliydilər. Gərgin və yorucu iş dövrü başladı. Hər gün işdən sonra əraziyə gedib,  hərarəti olan insanları  poliklinikaya   dəvət edirdik.  Hərarəti yüksək olan  pasiyentləri müayinə edib rentgendən keçirdirdik. Burun və boğazından yaxma götürüb, təcili yardım vasitəsilə Taun mərkəzinə göndəriridik.  Geyindiyimiz  hava keçirməyən  kamuflyaj  forma   bizi darıxdırsa da,  şikayət etmirdik. Düzü, şikayət etməyə nə vaxtımız, nə də halımız var idi. Ən başlıcası, həkimliyi özümüz seçmişdik, bu peşənin riskli olduğunu da bilirdik və biz and içmişdik. Düşünməyə, mühakimə yürütməyə vaxt yoxdu. Bizi xəstələr gözləyirdi. Biz onlara lazım idik.

Səhər tezdən filtr otağına  gənc bir ailə gəldi: İlham və Zülfiyyə. Onlar mənim ən yaxşı pasiyentlərimdən idi. Mütəmadi poliklinikaya gələr, yoxlamadan keçərdilər. Amma bu dəfə vəziyyət başqa idi. Hər ikisinin  yüksək hərarəti düşmür, öskürür,  halsızlıqdan şikayət edirdilər. Mən onların   burun və boğazından yaxma götürüb, təcili olaraq  Taun mərkəzinə göndərdim.  Müalicə yazıb evə yola salsam da, ürəyimdə bir həyəcan, qorxu var idi. Bizə yalnız gözləmək qalırdı.  Nəhayət,  qorxduğum başıma gəldi. Cavab pozitiv idi.  Xəstələrdə Covid-19 çıxmışdı. Daha təəssüflənmək, ağlamaq, zarımaq vaxtı deyildi. Təcili surətdə  xəstələri  xəstəxanaya yerləşdirmək  lazım idi. Təcili yardım vasitəsilə xəstələri ATU-nun Cərrahiyyə Klinikasına yerləşdirdik.  Hər gün xəstələrimin vəziyyəti ilə maraqlanırdım,  təəssüf ki, onların vəziyyəti günü-gündən ağırlaşırdı. Beləcə günlər keçir, mən  filtr  otağında  işləyir, yeni xəstələri aşkar edib xəstəxanaya  göndəriridim. Lakin xəstəxanalar  xəstələrlə  dolur, həkim  çatışmazlığı səhiyyəmizi narahat edirdi. İnsanlar  qorxu, həyəcan içində idi. Bayıra çıxmaq olmazdı.  Karantin təyin olunmuşdu.  TƏBİB  bütün  tibb ocaqlarına çağırış edərək, həkimləri ayağa qaldırdı.  Vəziyyət çox ciddi idi. İnsanlara yardım etmək lazımdı. Heç bir şey fikirləşmədən  ön cəbhəyə  getmək qərarına gəldim.  İnsanların orada bizə daha çox ehtiyacı vardı. TƏBİB-in sərəncamı ilə mən ATU-nun  Cərrahiyyə Klinikasına  göndərildim. Əynimə kamuflyaj formanı geyinib,  lift ilə təmiz zonadan kirli zonaya –  on birinci mərtəbəyə qalxdım. Neytral zonanı keçdikdən sonra palatalara daxil oldum.  Burada gördüklərim məni qorxutsa da, özümü  ələ aldım. Palatalar xəstə ilə dolu idi. İnsanlar  hərarət  içində  ağır vəziyyətdə yatır,   oksigen cihazı ilə nəfəs alırdılar. Mən heç nədən çəkinmədən və  vaxtı itirmədən müalicə işlərinə başladım.  Sonuncu   daxil olduğum palatada qarşıma köhnə xəstələrim  – İlham və Zülfiyyə çıxdı. Aman Allah,  onlar hər ikisi hərarət içində yanır, oksigenlə nəfəs  alırdı. Təyinatlarına baxıb təxirəsalınmaz tədbirlər görməyə başladım. İlk tibbi yardım göstərib hərarətlərini aşağı saldım. Axşama kimi palataya girib-çıxdım. Gecəni  yatmadım.  Müalicələrinə nəzarət etdim. Beləcə günlər ötdükcə Zülfiyyənin vəziyyəti stabilləşməyə başladı. Artıq yerində oturb yemək də yeyirdi. Amma İlhamın vəziyyəti düzəlmirdi ki,  düzəlmirdi.  Oksigen cihazı olmadan nəfəs  ala  bilmirdi. Onda ağ ciyərin hər  iki payında  pnevmoniya aşkar olmunşdu. Sağalma çox ağır gedirdi.

Bir tərəfdən yorğunluq, bir tərəfdən yuxusuz gecələr məni əldən salırdı. Mənim kimi  burada  nə qədər həkim çalışırdı… Biz bir komanda kimi çalışırdıq. Çalışdığım 11-ci mərtəbədən  gecənin qaranlığında şəhər  al-əlvan gecə lampalarında  möhtəşəm görünürdü. Alov qülləsində  “Biz birlikdə güclüyük, Azərbaycan  həkimlərinə eşq olsun” şüarları biz həkimləri  sabaha  ruhlandırırdı.

Zülfiyyə sağalıb evə yazıldı. Lakin o, İlhamsız bir addım belə atmayacağını bildirdi. Bu mənzərə məni çox kövrəltdi. Hər səfər onu  İlhamın başı üstündə görəndə ürəyim paramparça olurdu. Əsl sevgi bu idi. İyirmi  ildi  bir ailə idilər. Bir-birindən inciməmiş, bir-birini incitməmişdilər.

İlhamın müalicəsi ilə sonadək məşgul  oldum,  Zülfiyyə isə   gecə-gündüz  qaygısına qaldı. Onlar  mənim qəhrəmanlarım idi. Nəhayət, İlham  sevginin  sayəsində  xəstəliyə  qalib gəldi,  sağaldı və mən qəhrəmanlarımı  birlikdə evlərinə yola saldım. Ayrılarkən hər ikisinin gözlərində yaş gördüm.  Mən də kövrəldim.  Onlara “yaxşı yol “ dedim. Bir hekayəm  də beləcə yarandı. Mənim isə  düşmənlə,  koronavirusla savaşım davam edir. Koronovirusla  mübarizəm davam edir. Hələ məni nə qədər xəstə gözləyir.  Qarşıda hələ nə qədər yuxusuz  gecələr  var. Xəstələrim sağalıb evlərinə gedənə qədər  buradayam…

10.04.2020

 

 

95 baxılıb
mersin escort