Yaşam içində… – Aysel Fikrət yazır

Hardan hara qədər yol getdiyinin önəmi yoxdur .Əsas odur ki vicdanla gedəsən .Bu yolda heç kimi qınamaq olmur.Heç kimə yol verdiyin üçün peşmançılıq çəkmək olmur.Əgər sən susuz səhrada öz sonuncu su payını dostuna verdinsə susuz ölməyi də gözə almalısan.Əslində bu qəribliyə saldığımız nağıllar həyat həqiqətindən başqa bir şey deyil.
Nağılda yaşayırsan ?Sanki xəyallarda uçursan deyimləri anlamsızdır.Çünki hər nağılın özünün alt reallığı ,hər romantik insanın bir qatı real tərəfi var .
Yenidən doğuluş –
İnsan əvvəlcə öldüyünün fərqində olmur.Ona gələn sıxılmanı min xəstəliyə yozur .Deyəsən soyuqlamışam .Tamamilə düşmüşəm ,qocalıram ,niyə sevinə bilmirəm deyib min xəyala düşür .İnsan ən çox sevdiyi üçün öləndə bu hallara düşür .Kimsə hardasa uzaqda səni ürəyində öldürəndə titrəməyə başlayırsan .Bu xəstəlik uzun müddət çəkə bilər ,bir ildən tutmuş beş ilə qədər ,bir gün yenidən doğulana qədər …
Həyatınıza kimlərisə qəbul edərkən yüz ölçüb bir biçin.Siz bilmirsiz bu qapıdan gələn insan sizi yaşatmağa gəlir, yoxsa öldürməyə.Yalnız bu da absurtdur .Çünki bir insan sizin içinizdə gedən prosesi özünüz qədər dərk edə bilməz.İnsan ona göstərilən soyuqluqdan zökəm olur ,rəngi solmağa başlayır və gözə görünməyən sevgi bağlarına ilanlar doluşur .Gücsüz ,çarəsiz günlərlə can verir .Can çəkişi Allahla sənin əlaqənin tamamilə itməsi nəticəsində də olur .Yəni sən həyatda bəzi amilləri Allahı unudaraq edirsın .Tənhalar da bu sorğu sualdan dəfələrlə keçir .Demək xəstəlik aydındır .Səbəblər müxtəlifdir .Sevdiyinin ürəyində ölərkən ,Allahın nəzərindən düşərkən ,günahın çoxluğundan ,vicdan əzabından ,ayrılıq acısından ,yaxın doğmaların itkisindən demək olmaz ki bu səbəblər səni ölüm sancısı çəkənə qədər qova bilər .Gəlin araşdıraq , insan ən çox nədən bu günə düşür .Yəni insanı bu duruma düşməyə ən çox nə vadar edir .Universitet illərində ssenari yazılışında gözəl müəllimim Kamal Aslanov mənə bir tapşırıq vermişdi .Bax, demişdi bu kuzəni elə yüksəltməlisən ki o sınarkən oxucunu dəli etsin .Nə deyə bilərsən .O küzə həmin adama yadıgardır ,aha bəs sonra ?
O küzə illərdi əzizlədiyi bir əşyadır ,aha bəs sonra mən hələ ki inanmıram ….Bax belə bu minvalla kuzəni hansı dərəcədə büt etmək haqqında düşünürdüm .Yəqin ki şişirtmə ilə bağlı mənim qiymətlərim əla olardı .Çünki bu bəlkə də bir yazar üçün böyük bir imtiyaz olan mübaliğə qabiliyyəti ,həyat üçün böyük bir təhlükədir .
Söhbətdən yaynmadan qayıdaq bu Kuzə məsələsinə .Kuzə əlbəttə əsərin sonuna yaxın sınır və oxucunu dərd götürür . Nə olacaq ?Bax məsələ budur .İnsan gərək həyatında heç kəsi o kuzə bilməsin .Özü qədər inandığın adam birdən yalan danışırsa ,gözlərini tanıdığnı unudub.
Necə hiss edərsən özünü ..Xəyanət .Bundan da ölmək olar .Yalnız xəyanəti ucuz adamlar edir. Qorxaq adam xəyanət edir .Sevgisi azalarkən,münasibıt bitərkən cəsarət tapıb ayrılaq deməyən insan Ucuz insandır .O artıq uduzub özünə.O özündən yəqin ki utanır.Özünə güzgüdə nifrət edən insan səni öldürəcək gücə sahib ola bilməz .Buna onun mənəvi gücü çatmaz .Səni öldürən bu an elə sənin özünsən .Artıq həyatının mərkəzinə ,yaşamına qoyduğun o kuzə sındı .Əvvəlcə süpürgəni götürüb qırıqları süpürdün .Qarşına qoyub pazl kimi yapışdırmağa başladın .Yapışdırsan da sən artıq ondan su içə bilməzsən .İnsan da belədir .Bir dəfə xəyanətini gördün ,pisliyini gördünsə vəssalam.Amma yenə də sözümün üstündə durub araşdırmama davam edirəm .Səni heç bir insanı hiss və sənın qədər zəif olan insan bu hala gətirə bilməz .Qoca qarılar caduya ,gözə ,nəzərə yozur ,bir üzündə yekə xalı olan qarı qorxuluğunu çıxarmaq üçün qulağının dibində iki cingildəyən tavanı bir birinə vurur.İlk dəfə adam öldürmək istəyirsən …Bəli.
Sən bu hala düşəndə mütləq pis cəhətləri özündə müşahidə edəcəksən .Bu can çəkişinin əsas simptomu içinə doluşan qaramsar düşüncədir .İçindəki günəşi oğurlayıblar .Enerji blokun tükənib .Sən ruhsuz bədənsən .Gözünü yumub özünü dinləyirsən .Nə zaman öləcəyini səbirsizcə gözləyirsən .Yalnız ölüm gözəldir .Bu sonu bitməyən əzabın adı yoxdur.Depresiyanın ən ağır növünü çəkirsən .Ətrafda baş verənlər səndən uzaqdı .Əlində olan ,yükündə olan hər şey kontroldan çıxıb .Sən bu halınla heç kimə xoş nəticə aşılaya bilmərsən.Meditasiyalar kömək etmir .Səbrin tükənib. Daxili gücünün o dərəcə saf olduğunu bilmirsən .Özünü təyin edə bilərsən .Yaşam gücünün itdiyi an sənin öldüyün andır .Doğuluş hər zaman çətin proses olub.Doğulduqda günəşin şüasını üzündə hiss edirsən .Hardasa uşaqlıq illərinin qayğısız səsləri eşıdılır .Sən yenidən doğulduqda ,ətrafında son illərdə qurduğun heç bir hissin daha sənə hakim olmur .Yalnlız özün olursan .Bİr də sənin doğuluşdan yanında olan doğmaların .Təsəvvür edin .yuxudan oyanıb içinə düşdüyün həyatda bir adam belə səni tanımır.Sevdiyin ,dostluq etdiyin bir kimsə sənə nə olduğunu bilmir .Bilinmir səninlə o tərəfə kimlər keçib ,kimləri görəndə sevinirsən ,kimləri görəndə itələyirsən .Yenidən doğuluş da elə ölüm qədər qorxuludur .Ölüncə bir həyat yaşamaq istəyirsənsə həyatına buraxdığın içi boş kuzələrdən muğayat ol…
Bir də qorxma, Allah sənin hər dönəmində yanında olandır ..Sən onu unutmasan, bir də özünü dərk etsən bir də doqulacaqsan .Bu dəfə daha xoşbəxt …
Aysel Fikrət
Müstəqil.Az
Share: