Qorbaçov SSRİ-ni saxlamaq istəyən rəhbərlərin adını açıqlayıb: “Gərək Nazarbayevi Baş nazir təyin edəydim, təəssüf!

“Xalq SSRİ-nin bütövlüyünün dağılmasını istəmirdi. Amma avqust qiyamından sonra məsələnin həllinin “açarı” milli elitanın və siyasi liderlərin əlində idi”.

Müstəqil.Az Azpost.info-ya istinad edərək bildirir ki, bu sözləri SSRİ prezidenti Mixail Qorbaçov özünün “Həyat və islahatlar” kitabında 1991-ci ildəki avqust qiyamından müttəfiq respublikalarla yeni ittifaq müqaviləsi barədə apardığı danışıqları qeyd edərkən yazıb.

Onun sözlərinə görə, bu məsələdə vəziyyət çox çətin idi: “Yeni İttifaqı ardıcıl olaraq Nursultan Nazarbayev dəstəkləyirdi. Biz onunla tez-tez və uzun zaman bu mövzuda müzakirə aparırdıq. Onun qəti mövqeyini Qazaxstanın əhalisinin tərkibi və iqtisadiyyanın Rusiya ilə inteqrasiyası kimi faktorlar müəyyən etmişdi”.

Daha sonra Mixail Qorbaçov Nursultan Nazarbayevin siyasətçi və şəxsi keyfiyyətlərini tərifləyib və onu SSRİ rəhbərliyinə irəli çəkməməsindən təəssüflənib: “Mən çoxdandır ki, Nazarbayevi diqqətimdə saxlayrıdım. Onun işgüzarlığını qiymətləndirirdim. Təəssüf edirəm ki, böhranlı vəziyyət mənə onu SSRİ-nin vitse –prezidenti, yaxud Baş Nazir postuna təyin etməyimə mane oldu”.

Qorbaçov qeyd edib ki, yeni İttifaq müqaviləsinin imzalanmasını Orta Asiya rəhbərləri – İslam Kərimov, Əsgər Akayev və Tacikstanı o zaman təmsil edən İsgəndərov dəstəkləyirdi: “Bu rəhbərlər də yeni sazişi həmişə danışıqsız olaraq müdafiə etmirdilər. Onlar mərkəzləşmənin ağırlığından qaçmağa cəhd edir, amma gerçəklik hissini də itirmir, müstəqilliyi fetişə və məqsədə çevirmirdilər”.

Qorbaçov yazır ki, “QKÇP” qiyamından sonra SSRİ respublikalarının rəhbərləri ilə görüşlərə başlayıb. 23 avqustda Yeltsin, Ayaz Mütəllibov, Nazarbayev, Akayev danışıb. Ümumi qənaətə gəlinib ki, hakimiyyət idarəçilində effektiv idarəetməni bərpa etmək lazımdır.

SSRİ prezidenti eyni zamanda qeyd edir ki, qiyamdan sonra bu mexanizm dağılmışdı: “Mexanizm elə bərbad gündə idi ki, heç bir optimal qərarın bunu aradan qaldıracaq şansı yox idi. Suverenliyi “mənimsəyən” respublika rəhbərləri Mərkəzi nazirliklərin daha çox özlərinə sərf edən qərarlarını qəbul edirdilər.  Mərkəzdə isə belə əhval vardı ki, artıq Yeltsinin rəhbəri olduğu Ağ Evlə Kreml arasında ikihakimiyyətlik yaranıb”.

“Biz situasiyanın dəyişdiyini başa düşürdük. Bilirdik ki, qiyamdan əvvəlki şərtlərlə İttifaqın yenilənməsi mümkün olmayacaq. Odur ki, 1990-cı ilin ortalarından aktiv müzakirə olunan ideyanı həyata keçirməyə cəhd etdik. İttifaq Müqaviləsi ilə bərabər respublikalara İqtisadi Saziş bağlamağı təklif etmək! Belə ittifaq münasibətləri müxtəlif səbəblərdən Sovet İttifaqına qayıtmaq istəməyən, amma iqtisadi əməkdaşlığa hədsiz can atan respublikaları “itirməməyə” imkan verirdi. Gizlətmirəm, hesablamışdıq ki, bu iqtisadi bağlarla bizə etimad etməyən ittifaq strukturlarını etimadsızlığını tədricən dəf edəcəyik”-deyə M.Qorbaçov vurğulayıb.

Qorbaçov daha sonra SSRİ üçün yeni ittifaq müqaviləsinin müzakirələrinə toxunub və bu yöndə aparılmış işləri təsvir edib. SSRİ-nin sonuncu rəhbəri yazıb ki, son ana qədər ieni müqavilənin imzalanmasına çalışıb. Lakin  1991-ci ilin dekabrında 3 respublikanın –Rusiya, Ukrayna və Belarus prezidentlərinin imzaladığı Belovejsk sazişi SSRİ-ni dəfn edən müqavilə olub.

Müstəqil.Az

 

Share: