Ermənilər Uşaq evində 12-13 yaşlı qızlara təcavüz edirdilər – Erməni vəhşiliyi əsirlərin dili ilə

Azərbaycan torpaqlarının işğalı zamanı mülki əhaliyə qarşı vəhşiliklər törədən ermənilər haqqında çoxlu sayda məlumatlar var. Ermənilər tərəfindən əsir götürülən Səkinə Xəlilovanın söylədikləri insanı dəhşətə gətirir

 

“Mən, 1988-ci ilin may ayında Dağlıq Qarabağın Xanabat kəndində yaşayırdım. Bazara gedərkən, ermənilərin təhdidləri ilə üzləşdim. Pensiya sənədimi almaq üçün kəndin kolxoz idarəsinə getdim. Kolxozun həyətinə girəndə ermənilər 23, 20, 15 yaşlı üç azərbaycanlı bacılarını soyundurduqlarını gördüm. Ermənilər  qızların çılpaq bədənlərinə baxaraq, lağ edir, onları təhqir edir və bədənlərinə toxunurdular. Qızları mühasirəyə alan  və alçaldan Qılıcabad kəndindən olan mühasib Kolya, zootexnik Qurgen Manqasaryan və əli tüfəngli 5-6 erməni idi. Oradan təcili evimə qayıtdım və evimin alova büründüyünü gördüm”.

Zootexnik Qurgen Manqasaryan, onun təsərrüfat müdiri Aqas, qonşularım David, Seyran Babayan, Eqo Qaqoyan, qonşu qadın Siranuş Sarkisyan birləşərək, 3 azyaşlı uşağımı: 11 yaşlı oğlum Araz, 17 yaşlı qızım Arzu və 13 yaşlı qızım Könülü evimlə birlikdə yandırdılar. Təkcə üzü və əlləri yanmış Könülü xilas edə bildim. İki uşağım evimdə yanıb külə döndülər. Mən həmin gün Xanabat kəndini tərk etdim.

Erməni əsirliyində olan Araz Hüseyn oğlu Ömərov bunları dedi:

“Mən 1993-cü ilin aprelində əsir düşdüm. Məni Ağdərə rayonun Dranbon kəndindəki məktəbin zirzəmisinə atdılar. 15 gün sonra Ermənistanın Sisiyan rayonuna apardılar. Sisiyanda bizə ən çox işgəncə verən Bakıdan gəlmiş ‘Əsgər’ ləqəbli orta boylu 32 yaşlı Armen Qriqoryan idi. O məhkumları cinsi əlaqəyə girməyə məcbur edən ən alçaldıcı, iyrənc işgəncə üsullarından istifadə edirdi”.

Əsirlikdən xilas edilən Zabil Kamran oğlu Səfərov danışır:

“Dranbon kəndində tutulanda azərbaycanlı məhbuslarını bir-birləri ilə münasibət qurmağa məcbur etdilər. Bu işgəncələr Ağdərə rayonundakı erməni batalyonu komandirinin müavini Aşotun rəhbərliyi altında həyata keçirildi. Aşot bu iyrənc mənzərəyə baxaraq, əylənirdi. Sonra məni Xankəndinə göndərdilər. Buradakı Uşaq Evində gözümüzün qabağında 12-13 yaşlı qızlara təcavüz edirdilər. Azyaşlı bir qız uşağına təcavüz edildiyi üçün anası özünü iplə boğaraq, intihar etdi”.

Keçmiş əsir Nadir Sərməst oğlu Mahmudov danışır:

“Xankəndi Uşaq Xəstəxanasında əsir saxlanıldığımda Albert adlı bir erməni girov saxlanan bir qızı tez-tez gecə saat 2-də harasa aparırdı. Böyük Jirik, Kiçik Jirik, Andranik, Böyük Qena və Küçük Gena adlı erməni polis işçiləri Qubadlı bölgəsindən olan bir ana ilə qızını daim təhqir edir, ləyaqətlərinə toxunur və dəfələrlə təcavüz edirdilər”.

Əlizadə Baba oğlu Babayev:

“17 noyabr 1991-ci ildə Əsgəran rayonun Dəhraz kəndində iki nəfərlə birlikdə ermənilər tərəfindən girov götürüldüm. Əsgəranda taxta fabrikində tutularkən, bizə vəhşicəsinə işgəncə verdilər və qolumu sındırdılar. Erməni əsgərləri orada saxlanılan azərbaycanlı girov qızlara işgəncə verir, damarlarına benzinlə doldurulmuş iynələr vurur və qollarını sındırırdılar. Kolxozeşən kəndindən olan Sos adlı hündürboylu saqqallı bir erməni kişi məhbusları bir-biri ilə əlaqəyə girməyə məcbur edirdi. Sos, hətta ruhi xəstə olan bir gəncə ‘bacınla əlaqəyə girməsən, bacınızı erməni əsgərlərinə verəcəm’-deyərək bacısına təcavüz etməyə məcbur etmiş və tərbiyəsiz şəkildə seyr edərək, əylənmişdi”.

Şahin Arif oğlu Həsənov:

“12 yaşında olarkən, girov götürülmüşdür. Hadrut bölgəsində tutularkən, Lyova, Jora və Borya adlı ermənilər Şahinin sol əlinin 4 barmağını buğda səpən maşının dəmir halqasına salaraq, barmaqlarını sındırmışdılar. Oğlanın gözləri qarşısında girov bir qızı soyunduraraq, çılpaq rəqs etməyə məcbur etmiş, sonra ona təcavüz etmişlər. Qız yabanı qarnına soxaraq, intihar etmişdir.

İlqar Malik oğlu Rüstəmov:

“Şuşa sanatoriyasının yaxınlığındakı hərbi hissədə saxlanılırdı. Burada əsirlərə verilən alçaldıcı işgəncələri İlqar belə xatırlayır: “Əsirləri soyunmağa məcbur edirdilər, cinsiyyət orqanlarını ayaqları ilə əzirdilər. Şuşa həbsxanalarında da əsirləri cinsi əlaqədə olmağa məcbur edirdilər. Bunu etməyənləri vəhşicəsinə döyür, şampan şüşələrinin üstündə oturdurdular”.

Əsir və girovluqdan xilas olan insanlar əsirlərə təcavüz edən Kiçik Jirik adlı erməni gözətçinin girov qadınlara, gənc əsirlərə və girov kişilərə etdiyi, hətta yazmaq mümkün olmayan əxlaqsızlığı və tərbiyəsizliyini əks etdirən xatirələri dinlədikdə, “Bu necə bir tərbiyə alıb, necə insandır, necə qardaşdır, necə bir atadır? Görəsən, anası, arvadı, uşaqları bu hadisələri bilsə nə edərlər, nə deyərlər?!”-deyə fikirləşirsən. Əsir və girov götürülmüş qadın və kişilərin hər vəchlə ləyaqətinə toxunaraq, öz şəhvət hissini iyrənc hərəkətlərlə ödəyən, hətta kişilərə təcavüz edən Kiçik Jirik hazırda Rusiyada yaşayır.

Ağarəhim Ağakərim oğlu Hadıyev, Aydın Əziz oğlu Məhərrəmov, Elçin Nurəddin oğlu Sadıqov və Gülcamal Quliyeva Binnət qızı əsir və girovların dəyişdirilməsini idarə edən Albert Voskanyanın girov qadınları iş gördürmək adıyla dəfələrlə evinə apararaq, onlara təcavüz etdiyini söyləyirlər.

1995-1996 illərdə əsir düşən Sahib Qərib oğlu Bağırov deyib ki, Albert Voskanyan onu Ermənistan Kəşfiyyat Nazirliyinin binasında nəzarətçilərə döydürüb və bunu izləməkdən zövq alıb. Sahibi zirzəmiyə salaraq, döymüş, üzərinə xlorlu su töküblər. Bütün işgəncələr A. Voskanyanın gözü qarşısında edilib.

1994-1996-cı illərdə əsirlikdə olan Eldəniz Paşa oğlu İbrahimov Voskanyanın Şuşa həbsxanasında saxlanılan girov qıza təcavüz etdiyinin şahidi olub.

A. Voskanyan orada saxlanılan qadınların əksəriyyəti ilə belə davranırdı. 1993-1996-cı illər arasında əsirlikdə olan Ağarəzi Ağakərim oğlu Hadıyev A. Voskanyanın girov götürülmüş üç qadına təcavüz etməsinin şahidi olub. 1993-1994-cü illərdə girov olan Gülcamal Binnət qızı Quliyeva A.Voskanyanın girov götürülmüş bir qızı atasının məzarını göstərmək adıyla təcavüz etdiyini bildirib. “Voskanyan qadınları qabları yumaq bəhanəsi ilə gecələr aparırdı. Səhər geri gətiriləndə heç nə deməsələr də, Albert Voskanyanın onlara nə etdiyini başa düşmək olurdu.

G. Quliyeva: “O, getmək istəməyən qadınların başına silah tutaraq, onları ölümlə təhdid edirdi”- deyə  özünü beynəlxalq təşkilatlarda əsir və girovların müdafiəçisi kimi təqdim edən Albert Voskanyanın iç üzünü açıb.

Yuxarıda adı çəkilən bütün qızların kimliyi məlumdur, ancaq məlum səbəblərə görə adlarını açıqlamırıq.

Dr. Aygün Həsənoğlu

Share: