“Bu gün onun dünyamıza göz açdığı,insanlıq və barış daşıdığı günün 58-ci ildönümüdür…”-Aysel Səfərli yazır…

Insanlıq cəmiyyətimizdə özlədiyimiz bir keyfiyyətə çevrilib artıq…
Yaxşı görəndə bağrına basmaq,bərk-bərk sarılmaq istəyirsən az qala… Üzmək,qırmaq,qurulu körpüləri yandırmaq necə də asanlaşıb,bilirsiniz…
Yıxılı körpüləri yenidən qurmaq,insanlıq,dostluq,dəyər deyəndə mən onu xatırlayıram ilk. Barış,sülh,vətənpərvərlik,mərdlik,türkçülük deyəndə də ilk ağlıma gələn insan da o olur…
Bəli, Ilqar Turkoğlu dostluğun,insanlığln,dəyərin özüdür..Həyatda gözəl olan hər nə varsa onun adıyla başlaya bilər desəm,heç yanılmaram.
Yaxşı deyiblər, “Can bağı nəyə yarar,qan bağı olmayınca.”
Ilqar abi ilə bizi bir-birimizə bağlayan könül bağıdır,ürək bağıdır.
O, hər başın ağrıdığında,hər çətinliyində rahatlıqla özünü yanında tapa biləcəyin insanlardandır.
Qaranlıqlari yarıb insanın ömrünə doğulan sakit,günəşli,hüzurlu bir sabah kimidir.
Doğulduğu ,boya-başa çatdığı dağlar qədər əzəmətlidir, doğaldır,təbiidir..
Başına qarlar da yağsa əzəmətlidir,yamaclarında gül-çiçəklər açanda da onları qorumağı,əzizləməyi,dəyərini bilməyi bacarandır.
Həm sözün,həm insan hüquqlarının,mərdliyin,dürüstlüyün,ən nəhayət insanlığın keşiyində şərəflə duran bir insandır.
Hər bir insan həyatda atdığı addımları ilə,davranışları ilə,əməlləri ilə qalır,bilirik…
 
Türkoğlu addımlarının hər qarışında,getdiyi ömür yolunun hər döngəsində doğru,səhvsiz və alqışa layiq biridir.
Öz arxasınca buraxdığı izin övladlarının da qürurla addımlaya biləcəyindən əminəm.
Bu gün onun dünyamıza göz açdığı,insanlıq və barış daşıdığı günün 58-ci ildönümüdür.
58 ildir ki,dünyamız onun varlığı ilə daha da gözəlləşib,insanlaşıb.
Yaşından fərqli olmayaraq hər kəs üçün,onu sevənlər üçün başkan kimi,dost kimi ,böyük kimi,qardaş kimi əvəzsiz bir dəyərdir.
Doğuluşunuz mübarək,həyatdakı böyük qardaş payım,abi payım,böyüyüm, ən mülayim,ən gözəl xarakterli insanım!..
100 yaşayın,başkanım!
 Türkoğlu deyir ki,

Bu gecə də başım çəndə-dumanda,
Kara gəlmir qədəhlərə süzülən.
Nə zamandı xəyalları gümanda
Bir sona var, ümidləri üzülən.

İçirəm ki,bir az kefim açıla,
Burax getsin,deyirsən,at arağı.
Ay insafsız,gəl məni az acıla,
Üzə gülür müqəddəs tut arağı.

Mən hələ də meyxanələr xəstəsi,
İstəyirsən,qara bağla,bük ağa.
Ovutmayır “buz oda” nın bəstəsi,
Bu şərqidə tək özüməm-tək ağa.

Durultmayır bir şüşə də kefimi,
Siqarlarım bu gecənin ağ şamı.
Qarson dostum “yuyub-sərir” “şef”ini,
Müğənni qız yola verir axşamı.

Dəyişmədim bir şəraba hər çayı,
Nolar, yazma “molla-mesaj”minnəti.
Min ildi ki,söyləyirlər hərcayı,
İstəmirəm, “huri-mələk” cənnəti.

Bir röyadır rəqqasənin gözündə
Tüstülərdə alov saçan hər gecə.
Süzüldükcə,qədəhlərin üzündə
Bədirlənir Ayla təzə-tər gecə…

Saqi gəlmir, xeyli keçib aradan,
Dəyişmirəm bu gecə də qaydanı.
Seçmək olmur,burda ağı qaradan,
Daraldıqca sərxoşların meydanı.

Keçib daha,öyrəşmisən səfimə,
Aradabir sayaq olur tostlarım.
Nə vaxtdı ki,durulmayan kefimə,
Nə yaxşı ki,dayaq olur dostlarım.

Aysel Səfərli
Müstəqil.Az
 
Share: