Mason lojası İrəvanda işğalçı ölkəyə açıq dəstək verdi – FOTO

Böyük ustad müavini: “Aprel döyüşlərindən sonra Frankofoniya sammitinin Ermənistanda keçirilməsi rəmzi məna daşıyır…”
İrəvanda keçirilən 17-ci  Frankofoniya sammiti çərçivəsində “ Böyük Şərq” lojasının bir qrup üzvü Ermənistana gəlib.
Müstəqil.az Moderator.az istinadən xəbər verir ki, bu haqda işğalçı ölkə saytlarından biri xəbər yayıb.  Lojanın böyük ustadının müavini  Məhəmməd Ait Ərəb, loja şurasının üzvü, beynəlxalq münasibətlər və frankafoniya məsələləri üzrə katib Dimitri Arsenakis, Avropa məsələləri üzrə katib Eve Zakarian və başqalarının daxil olduğu qrup masonların işğalçı ölkəyə birbaşa dəstəyini nümayiş etdirib.
M.Ait Ərəb jurnalistə açıqlamasında  özlərinə məxsus, səmimilikdən uzaq, ütülü fikirlər işlədib: “Masonlar üçün Frankofoniya elə olmalıdır ki, onun  mərkəzində böyük hərflərlə insan və humanist ideyalar dayansın. ”.
“17-ci Frankofoniya sammitinin Aprel döyüşlərindən sonra Ermənistanda keçirilməsi rəmzi xarakter daşıyır. Ümid edirəm ki, bu zirvə imanımız olan humanist fikirlərin inkişafına töhfə verəcəkdir “-deyə mason lojasının böyük ustadının müavini ermənipərəstliyini açıq şəkildə vurğulayıb.
Xatırladaq  ki,  “Böyük Şərq” mason lojasının üzvləri bu ilin mayında da İrəvanda olmuş və Paşinyanın başçılığıyla  inqilabi hərəkata dəstək verdiklərini bəyan etmişdilər.
P.S. Masonlar üçün Türkiyə və ölkəmizə qarşı erməni terrorçuluğunun, Xocalı soyqırımının, Azərbaycan torpaqlarının işğalının, 1 milyondan çox Azərbaycan müsəlmanının didərgin düşməsinin mərkəzində də “böyük hərflərlə insan” və erməni “himanizmi” dayanır yəqin?..
Share: