Fransadan QADAĞA: Bu mərkəzlər bağlandı

Fransa Beynəlxalq Gigiyena Təhlükəsizliyi Təşkilatı (Anses) insanların sağlamlığının qorunması və xərçəng xəstəliyi ilə mübarizə çərçivəsində ölkədə solyari mərkəzlərinin bağlanması və süni aparatların satışının qadağan olunmasını təklif edib.

Publika.az xarici mediaya istinadla xəbər verir ki, təşkilatın bu çağırışından sonra bu mövzu Fransada geniş müzakirələrə səbəb olub.

Buna bənzər bir çağırış 2014-cü ildə də gündəmə gəlmişdi. O vaxt Fransa Senatı solyari mərkəzlərinin bağlanması ilə bağlı təklifə razılıq versə də sonradan bu qərar dəyişdirilmişdi.

Share: