Qoca qarı bir güllə ilə timsahdan qisasını aldı – FOTO

Müstəqil.az Moderator.az-a istinadən yazır ki, ABŞ-ın Texas ştatının sakini Cud Kokren bir güllə ilə nəhəng timsahı vuraraq, bir müddət əvvəl itmiş ponisinin qisasını alıb.
Bu yaxınlarda nəticəsi dünyaya gəlmiş qadın əvvəlcə tələ qurub, sonra tələyə düşmüş 3,6 metr uzunluğu, 263 kiloqram çəkisi olan nəhəng timsahı bir güllə ilə vurub öldürüb.
Qadın qisas hissinin güclü olduğunu bildirib, timsahın ətini yeməyi, dərisindən çəkmə düzəltməyi, yekə başını isə iş yerindəki kabinetində asmağı planlaşdırır. Yeri gəlmişkən, qadın bu yaşında yaşadığı Livinqston şəhərinin meri seçilib.
Sentyabrın 17-də o timsahı görəndə başa düşüb ki, onun ponisini bu nəhəng heyvan yeyib. Qadının bəxti onda gətirib ki, hadisə timsahların ovlanması üçün verilən qısamüddətli mövsümə düşüb. Ov üçün cəmi 20 sentyabra qədər vaxt varmış.
Share: