Üç rusiyalı jurnalistin ölümü ilə bağlı yeni məlumat yoxdur, istintaq davam edir.
Axar.az xəbər verir ki, bu sözləri Mərkəzi Afrika Respublikasının (MAR) lideri Fosten-Arkanj Tuadera deyib.
“Bizim xidmət orqanları rusiyalı istintaqçılarla bu yöndə əməkdaşlıq edəcək. Bununla bağlı müvafiq əmrlər vermişik. Bizim hədəfimiz bu işi tamamilə aydınlığa qovuşdurmaqdır”, – deyə prezident bildiirb.
Xatırladaq ki, iyulun 30-da Orxan Camal, Kiril Radçenko və Aleksandr Rastorquyev MAR-da naməlum şəxslər tərəfindən qətlə yetiriliblər.
Onlar sənədli filmin çəkilişi ilə bağlı Afrika qitəsinə yollanmışdılar.