Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı liderləri Brüsseldə keçirilən sammitdə Rusiyaya qarşı sanksiyaların daha yarım il müddətinə uzadılması barədə siyasi qərar qəbul ediblər.
Müstəqil.az xəbər veriri ki, bu barədə öz mənbəsinə istinadən RİA “Novosti” məlumat yayıb.
“Rusiya, Ukrayna və Minsk sazişləri mövzusunda qısa müzakirələr oldu, nəticədə sanksiyaların daha altı ay müddətinə uzadılması razılaşdırıldı”, – deyə mənbə bildirib.
Avropa İttifaqı 2014-cü ilin yayında və daha sonra Ukraynada münaqişə fonunda Rusiyaya qarşı iqtisadi məhdudlaşdırıcı tədbirlər görüb.

Share:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir