QƏHRƏMANIMIZI TANIYAQ POLKOVNİK- LEYTENANT RAMİN NƏZƏROV

QƏHRƏMANIMIZI TANIYAQ  POLKOVNİK- LEYTENANT RAMİN NƏZƏROV

Bibisini, əmilərini çoxdan tanıyırdım. Həyatımdakı ən yaxın rəfiqələrimdən biri, sirr ortağım Xalidə Türkaygilin evində çox qalmışam. Ailəlikcə qonaqpərvər, süfrəsi hamıya açıq , qəlbləri geniş, mərd insanlardır. Bilmirəm, bəlkə də, dağ adamları hamısı elədir: mərd, qonaqpərvər. Əslində “qonaqpərvər” sözü bu insanları tam ifadə etmir. Onlar bir tikə çörəyi paylaşmağı o qədər sevirlər ki, bu çörək bitib- tükənməyən nemətə çevrilir .

Mən onlarda qalanda Ramin balaca oğlan idi. İnqilab qardaşımın 5 oğlundan biridir mənim qəhrəmanım. Üstündən illər keçib, həmin balaca Ramini Şuşa- Xankəndi turunda yenidən tanıdım. Cüssəli, pəhləvan görünüşlü, hərbi geyimli. Yolboyu bütün hərbçilərlə görüşür, görüşərkən sevinir, ürəyi dağa dönür, döyüş təəssüratlarını danışır, danışarkən sevincindən gözləri işıq saçır. Dinlədikcə anladıq ki, Vətənimizi düşmən tapdağından qurtaran Ramin və onun kimi qəhrəman balalarımız döyüşdükləri üçün fəxr edirlər, ana torpağı xilas etdikləri üçün sevinirlər, qürur hissi keçirirlər.

QƏHRƏMANIMIZIN HƏYAT HEKAYƏSİNƏ NƏZƏR SALAQ.

Mən Nəzərov Ramin İnqilab oğlu 1984-cü il yanvar ayının 1-də Yardımlı rayonunun Şəfəqli kəndində anadan olmuşam.Azərbaycanlıyam.
1991-ci ildə Yardımlı rayonunun Şəfəqli kənd orta məktəbinə daxil olmuşam, 1999-cu ilə qədər həmin məktəbdə təhsil almışam.1999-cu ildən 2002-ci ilə qədər təhsilimi Cəmşid Naxçıvansski adına Hərbi liseydə davam etdirmişəm.
2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşam və 2006-cı ildə “radio-rabitə” ixtisası üzrə həmin məktəbi bitirmişəm.2006-cı ilin iyun ayından 2007-ci ilin iyul ayına qədər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “zabit ixtisas kursunda” dinləyici kimi təhsil almışam, 2007-ci il avqust ayından 2012-ci ilin sentyabr ayına qədər N saylı hərbi hissənin motoatıcı taborun rabitə taqım komandiri, 2012-ci ilin sentyabr ayından 2018-ci ilin avqust ayına qədər N saylı hərbi hissənin qərargah batareyasının komandiri, 2018-ci il avqust ayından 2019-cu ilin avqust ayına qədər N saylı hərbi hissənin qərargah batareyasının komandiri, 2019-cu ilin avqust ayından 2020-ci ilin fevral ayına qədər N saylı hərbi hissənin rabitə bölük komandiri, 2020-ci ilin fevral ayından 2022-ci ilin mart ayınadək tabor komandirinin şəxsi heyətlə iş üzə müavini, 2022-ci ilin avqust ayından 2025-ci ilin fevral ayınadək N saylı hərbi hissənin idealoji iş və mənəvi psixoliji təminat bölmə rəisinin baş köməkçisi, 2025-ci ilin fevral ayından N saylı hərbi hissənin idealoji iş və mənəvi psixoloji təminat bölmə rəisi vəzifəsində xidmət etmişəm.
44 günlük Vətən müharibəsində hərbçi kimi iştirak etmişəm. Qalib ordunun üzvü olmağımla fəxr edirəm.
Raminin hərbi fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, müxtəlif orden və medallarla təltif edilib:
-Silahlı Qüvvələrin Yaradılmasının 90,95,100-cü il medalları,
-Ağdamın işğaldan azad olunması medalı,
-Qüsursuz xidətlərdə fərqlənməyə görə 1,2 və 3 cü dərəcəli medalları,
-Sücaətə görə medal,
-Hərbi xidmətdə fərqlənməyə görə 3 cü dərəcəli medalı,
-Vətən müharibəsi iştirakçısı medalı
Eyni zamanda, polkovnik- leytenant rütbəsinə qədər yüksəlib. Raminə uğurlar arzu edirik və ona cansağlığı arzulayırıq.

 

Ceyran Həsənova

Share: