Dövlətin varlığı, millətin asayişi və vətəndaşın rifahı onun daxili sabitliyindən, qanunun aliliyindən asılıdır. Tarixin hər bir mərhələsində asayişin keşiyində durmaq, dövlətçilik prinsiplərini canı bahasına qorumaq müqəddəs bir missiya sayılmışdır. 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə təməli qoyulan, ulu öndər Heydər Əliyevin 1998-ci fərmanı ilə rəsmiləşən Azərbaycan Polisi bu gün müstəqil respublikamızın ən güclü, nizam-intizamlı və sadiq dayaqlarından biridir.
Polis təkcə hüquq-mühafizə orqanı deyil, həm də vətəndaşın dövlətə olan inamının güzgüsüdür. Bu inamı uca tutan, gecəsini gündüzünə qatan fədakar asayiş keşikçilərinin fəaliyyəti həm elmi, həm də poetik baxımdan xüsusi qiymətə layiqdir. Necə ki, böyük şairimiz Xəlil Rza Ulutürk vətənpərvərlik ruhunu göylərə qaldıraraq yazırdı.
“Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.”
Bu gün Azərbaycan polisi məhz həmin mamır kimi vətənin hər daşına, hər qarışına sipər olmaqda, qanunun aliliyini qorumaqdadır.
Cənub bölgəsinin mirvarisi, qədim tarixi və zəngin mədəniyyəti ilə seçilən Lənkəran rayonunda da ictimai təhlükəsizliyin qorunması xüsusi önəm kəsb edir. Lənkəran Şəhər Polis Şöbəsi (ŞRPŞ) ölkə daxili işlər orqanlarının müasir dövrün tələblərinə cavab verən çevik, şəffaf və kəsərli fəaliyyət prinsiplərinə tam uyğunlaşdırılmışdır. T. İsmayılov küçəsi 26 ünvanında yerləşən baş idarə və M. Müşfiq küçəsində fəaliyyət göstərən Liman Polis Bölməsi regionda qanunçuluğun bərqərar olmasında mühüm rol oynayır.
Lənkəran Polis Şöbəsinə polis polkovniki Azər Cahangirov rəis təyin olunduqdan sonra rayonda hüquq-mühafizə sahəsində keyfiyyətcə yeni bir mərhələ başlamışdır. Azər Cahangirovun rəhbərliyi altında həyata keçirilən struktur islahatlar, idarəçilik metodlarının müasirləşdirilməsi və şəxsi heyətlə aparılan məqsədyönlü işlər qısa müddətdə öz müsbət bəhrəsini vermişdir.
Cinayətkarlıqla güzəştsiz mübarizə polkovnik Azər Cahangirovun prinsipial mövqeyi sayəsində rayonda qanunsuz dövriyyəyə, oğurluq hadisələrinə və digər asayiş pozuntularına qarşı əməliyyat-istintaq tədbirləri kəskin şəkildə gücləndirilmişdir. Cinayətlərin qarşısının vaxtında alınması və açılması faizi əhəmiyyətli dərəcədə yüksəlmişdir.
Polisə yalan məlumat verərək vətəndaşları çaşdırmaq və süni ajiotaj yaratmaq istəyən şəxslərin dərhal müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində kəsərli tədbirlər görülmüşdür. Bu, cəmiyyətdə qanun hissini və polisə olan güvəni daha da möhkəmləndirmişdir.
Dövlət Yol Polisi (DYP) əməkdaşlarının xidməti fəaliyyəti yenidən qurulmuşdur. Xüsusilə yay mövsümündə çimərlik zonalarında və mərkəzi küçələrdə avtoxuliqanlıq edən, sakinlərin və turistlərin rahatlığını pozan şəxslərə qarşı keçirilən sərt və qətiyyətli reydlər Lənkəranda asayişin tam bərqərar olmasını təmin etmişdir.Vətənə və xalqa sadiqlik
Lənkəran polisinin hər bir əməkdaşı sıravi nəfərindən tutmuş yüksək rütbəli zabitinə qədər bu torpağın dinc nəfəs alması üçün böyük şücaət və fədakarlıq göstərir. Polis əməkdaşları təkcə gündəlik cinayətkarlıqla mübarizədə deyil, həm də xalqın dar günündə, hər bir ekstremal şəraitdə ön cəbhədə olmuşlar. Vətən müharibəsində daxili qoşunların və polis nəfərlərinin göstərdiyi qəhrəmanlıqlar hər birimizin yaddaşındadır.
Bu gün Lənkəran küçələrində asayişi qoruyan polislər həm də böyük bir mənəvi məsuliyyət daşıyırlar. Onlar xalqın içindən çıxan, xalqa xidmət edən rəşadətli oğullardır. Şair Zəlimxan Yaqubun dediyi kimi.
“Ömür bir karvandır, keçir mənzildən,
Keçir qayalardan, keçir dənizdən.
İgidlər tanınar mərd əməlindən,
Vətən yaşayacaq mərdi var ikən!”
Məhz Lənkəran polisinin mərdliyi, ayıq-sayıqlığı və peşəkarlığı sayəsində bu gün hər bir Lənkəranlı öz evində, öz küçəsində tam təhlükəsiz və əmin-amanlıq şəraitində yaşayır. Polis-vətəndaş münasibətlərinin belə yüksək səviyyəyə çatması rəhbərliyin və şəxsi heyətin birgə fədakar əməyinin məhsuludur.
2 iyul Azərbaycan Polisi Günü münasibətilə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov başda olmaqla, şöbənin bütün şəxsi heyətini, veteranları və cəsur polis əməkdaşlarını ürəkdən təbrik edirəm!
Sizə dövlətçiliyimizin qorunması, qanunun aliliyinin təmin edilməsi və Lənkəranımızın asayişinin mühafizəsi kimi şərəfli və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıram. Bayramınız mübarək, xalqın və dövlətin keşiyində duran mərd oğullar!
Lənkəran Dövlət Universitetinin tarix üzrə fəlsəfə doktoru, dosent,
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi nin direktoru
Leyla Qadir qızı Məcidova





















