ABŞ-ÇİN-Rusiya üçbucağında nələr baş verir?

Bildiyimiz kimi son dövrlərdə dünya siyasətində bəzi dəyişikliklərə baş verməkdədir. Bu dəyişkən dünya siyasətində  əzəli rəqiblər olan Rusiya-ABŞ-ın Çin ilə münasibətlərinə nəzər yetirək.

İlk olaraq ABŞ-ın  rus diplomatlarını  ölkədən çıxarması və Rusiyanın buna cavabının Çinlə nələrə gətirə biləcəkləri maraqlıdır.  ABŞ rus diplomatların ardından Çinlə çox yüksək iqtisadi əlaqələrində alüminium üzərinə 15 faiz və polad üzərində 25 faiz vergi rüsumunu artırdı.  Buna cavab olaraq Çin höküməti isə donuz əti və meyvə üzrə vergiləri artırdı. Həm də rəsmi Pekin bunu qarşılıqlı olaraq etdiyini və Dünya Ticarət Təşkilatının qanunlarına zidd olmayaraq etdiklərini bildirdi.

Tramp hökümətinin bu addımı ona səs verən yerli fermerlerin xeyirinəhesablanan addım olsa da, Çin Xalq Respublikasında isə əksinə olaraq fermerlərə ziyan dəyəcəyi, işsizliyin artacağı gözlənilir.

Bu ticarət savaşı Tesla Motors, Apple firmaları üçün itki olacaq.Çin artıq 80-ci illərdəki dövlət olmadığı üçün və 2ci alternativə  Rusiya və Avropa bazarında olduğu üçün savaşı qazanacaq. Bu ticarət savaşı davam edərsə ABŞ əhalisi kasıblaşmaya Çin əhalisi isə nisbətən daha rahat yaşayışla təmin oluna bilər.

ABŞ bunu anladığı üçün danışıqlara başlamışdır. Lakin Pekin və Tokyoda bir gün içərisində iqtisadiyyata ciddi zərər dəydi. Bəs Çin höküməti həqiqətən də açıqlama verdiyi kimi “Sonuna qədər gedə bilərik” sözünün üzərində dura bilərmi?  Rusiyada yeni prezident seçkilərindən sonra  Kreml Pekinlə yaxınlaşmaya gedə bilər. Rusiya və Çin həm də öz ordularını gücləndirməkdə davam edir.

Hazırda Rusiya siyasi arenada təklənib və böhrandan qaçmasında tək kömək edə biləcək seçim Çindir, Çinin də ABŞ-la anlaşılmazlığı onları yaxınlaşdıracağı güman olunur. Lakin Çin bu mövzuda hələki aktiv siyasət keçirmir, Çin höküməti ABŞ ilə danışıqlara getməyə tərəfdardır. Lakin bütün vasitələr baş tutmazsa Çin yeni bir maliyyə böhranına səbəb ola bilər. Bu isə İqtisadi müharibədən hərbi qarşıdurmaya da çevrilə bilər. Bu yaxınlarda Çin-Rusiya  arasındakı  Səudiyyə Ərəbistanındakı Nüvə bazarı üzərində də rəqabət artacağı gözlənilir.Əgər Qərb öz təzyiqlərindən vaz keçməzsə Çin-Rusiya oxu zərurətdən yarana bilər.

Hazırladı: Yusubzadə Novruzəli     

Share: