Türbənin bərpası müzakirə mövzusudur

Nəhayət ki, Şah Xəndan türbəsini görmək və ziyarət etmək nəsibim oldu. Amma çox təəssüf ki, mən də Seyid Əzimin gününə düşdüm…. Böyük sənətkar zamanında baxımsız şəkildə qalmış dahi şairin məqbərəsi haqqında ürək ağrısı ilə deyirdi. Ey Şeyx Nizami, ey nizamı dağılan

Ey Gəncədə izzü-ehtişamı dağılan.

BU fikirlər İmadəddin Nəsiminin tədqiqatçısı, azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyevaya məxsusudur. O şamaxıda Şah Xəndan məzarlığında olub və İmadəddin Nəsiminin qardaşının uyuduğu türbənin və onun ətrafının bərbad vəziyyətindən söz açıb.

Xatırlaadq ki, Şaxəndan Şamaxı şəhərində görkəmli şəxsiyyətlərin dəfn olunduğu tarixi qəbiristandır. O cümlədən Sabir, Mən öləndə Şaxandanda basdırın,
Çünki onun Şahi-Xəndanı vardır –deyən
Seyid Əzim Şirvaninin də. Buranı tarixi edən əlamətlərdən biri də orada yerləşən türbədir. Türbə yonulmuş sal daşlarla tikilib. Səkkizguşə formada olan bu türbənin yuxarı hissəsi günbəz şəklindədir. İçərsində iki qəbir var..
Qəbirlərin kimə aid olduğu haqqında dəqiq məlumat yoxdur. Tədqiqatçı Salman Mümtazın yazdığına görə, Nəsiminin Şaxəndan adlı qardaşı olub. Amma orta əsr məxəzlərində də Şahxəndanın İmadəddin nəsiminin qardaşı olduğuna iaşrələr var.

Mədəniyyət Nazirliyi yanında Mədəni irsin Qorunması, İnkişafı və bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz hüseynov isə deyir ki, Şah Xənadan türbəsinin təmiri gündəmdədir. Bir müddət əvvəl bu işi Türkiyənin TiKa təşkilatı üzərinə çəksə də, təşkilat sonradan Mərdəkan qalasının təmirinə cəlb olunub. Ondan sonra Şamaxı rayon İcra hakimiyyəti bu iş üçün qol çırmayıb və təəssüf ki, o da nəticə verməyib. Hazırda Şah Xəndanın təmiri ilə bağlı ayzışmalar gedir deyən Fariz Hüseynov maliyyə ayrılacağı təqdirdə Şah Xəndanın təmir olunacağını bildirdi. Gözləyək. Nəsiminin 650 yaşına yaxşı bir hədiyyə kimi

29 baxılıb