Zəngəzur dəhlizinin xəritəsi hazırlanıb

Zəngəzur dəhlizinin xəritəsi hazırlanıb

“Azərbaycan Kartoqrafları” İctimai Birliyi Zəngəzur dəhlizinin xəritəsini hazırlayıb. Xəritənin altlığı yüksək keyfiyyətli kosmik şəkillər əsasında tərtib edilib.

Müstəqil.Az APA -ya istinad edərək xəbər verir ki, bu barədə “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov açıqlama verib.

O, deyib ki, xəritədə Azərbaycan, Ermənistan, İrandan müvafiq hissələr – yaşayış məntəqələri, yollar, çaylar, dağlar verilib. Xəritədə həmçinin Araz dəhlizi öz əksini tapıb.

Kartoqrafik əsər azərbaycan və ingilis dillərindədir.

Müstəqil.Az

Share: