Bir zamanlar kiçik bir şəhərcikdə bir ailə yaşayırdı — ata, ana, oğul Əli və balaca bacı Aysu. Bu ailə sakit, mehriban və bir-birinə sıx bağlı idi. Evdə hər səhər sanki günəş onlaragülümsəyirdi. Əli ailənin ümid yeri, evin dayağı idi. Bacısı Aysuisə hamının sevimlisi, evin gülüşü idi.
2020-ci il idi. ölkədə çətin, həyəcanlı bir dövr yaşanırdı. O ilƏlinin 18 yaşı tamam olmuşdu. Artıq o, uşaqlıq illərini arxadaqoymuş, bir gənc kimi vətəninə xidmət etməyə hazır idi. Elə birgün ailənin qapısına xəbər gəldi: Əli hərbi xidmətə çağırılır.
Anası o xəbəri eşidəndə sanki dünyanın səsi kəsildi.
— Oğlum, sən hələ uşaqsan… necə gedirsən müharibəyə? — deyirdi ana, göz yaşlarını gizlədə bilmədən.
Əli isə sakitcə, amma qətiyyətlə cavab verdi:
— Ana, Vətən çağırır. Mən qorxmuram. Mən qayıdacam, sənəsöz verirəm.
Balaca Aysu qardaşının boynuna sarıldı, ağlaya-ağlaya yalvardı:
— Qaqa, getmə… mən sənsiz qala bilmərəm…
Əli bacısının saçlarını sığalladı, təbəssümlə dedi:
— Mən qayıdacam, Aysu. Qayıdıb sənə yenə nağıllardanışacam.
O gecə ana yatmadı. Gözlərini pəncərəyə dikmişdi. Hər ulduzabaxanda dua edirdi:
“Allahım, oğlumu qoru, onu mənə sağ-salamat qaytar…”
Bir neçə həftə keçdi. Müharibənin səsi hər evə, hər ürəyədolmuşdu. Analar hər gün oğullarından bir xəbər gözləyirdi. Eləbir gün Əlinin evinə də məktub gəldi. Aysu sevinə-sevinəqışqırdı:
— Mama, bax, məktub gəlib! Yəqin qaqa yazıb!
Anası məktubu əlləri əsə-əsə açdı. Amma məktubu oxuyandasanki dünya başına fırlandı. Məktubda yazılmışdı:
“Sizin oğlunuz, əsgər Əli Məmmədov döyüş zamanı itkindüşüb.”
Ana yerə çökdü. Göz yaşları fikirlərlə qarışdı. Aysu qorxudanağladı:
— Ana, niyə ağlayırsan? Qaqa hanı? O gəlməyəcək?.. mənənağıl oxumayacaq …
Ana cavab verə bilmədi. Sadəcə qızını qucaqlayıb ağladı. Atasıişdən qayıdanda bu mənzərəni görüb sarsıldı. Məktubuoxuyanda bir kəlmə belə deyə bilmədi, sadəcə göyə baxıbpıçıldadı:
— İlahi, sən bizə səbr ver…
Günlər, həftələr, keçdi. Evdə sakitlik, kədər və dua hökmsürürdü. Ana hər gün pəncərənin qarşısında oturub oğlununyolunu gözləyirdi.
Aysu isə hər səhər bir stəkan su və bir dilim çörəyi pəncərəninkənarına qoyurdu:
— Qaqam gələndə ac qalmasın, — deyirdi saf uşaq qəlbi ilə.
Amma heç bir xəbər gəlmirdi.
8 Noyabr 2020 — o tarixi gün gəldi. Televizorda xəbər səsləndi:“Qarabağ Azərbaycandır!”
Bütün ölkə sevinc içində idi. Bayraqlar yellənirdi, küçələrdəinsanlar sevinirdi. Amma Əlinin anasının ürəyi həm sevinirdi, həm də ağrıyırdı.
— Hamı sevinir, mən də sevinirəm… amma mənim oğlumharadadır? — deyirdi ana, göz yaşlarını silə-silə.
Bir neçə gün sonra evin telefonu zəng çaldı. Aysu telefonugötürdü:
— Alo?
Qarşı tərəfdən tanış bir səs eşidildi:
— Aysu, mənəm, qaqan!
Aysu sevincdən qışqırdı:
— Mama, qaqa zəng edir!
Ana inanmadı:
— Qızım, elə şey ola bilməz…
Amma telefonu götürüb səsi eşidəndə bütün bədəni titrədi.
— Ana, mən sağam! Sadəcə uzun müddət əlaqə saxlayabilmirdim. Mən sizə söz vermişdim ki, qayıdacam!
Ana yerə çökdü, ağladı, gülümsədi, sonra dua etdi:
— Allahım, sənə şükürlər olsun!
Atası da sevincdən danışa bilmirdi. O gecə evdə uzun gunlərinsükutu qırıldı, sanki həyat yenidən başladı.
İki ay sonra Əli evə qayıtdı. Müharibə onu çox dəyişmişdi. Üzündə həm ağrı, həm qürur, həm də zəfərin izləri var idi. Amma anası onu bir baxışdan tanıdı.
Əli evə girəndə ana əlindəki qabı yerə saldı, qaçıb oğlunasarıldı.
Aysu da onların üstünə qaçdı:
— Qaqa, mən demişdim, sən gələcəksən!
Atası sakitcə başını qaldırıb göyə baxdı və dedi:
— Şükür sənə, Allahım…
Evə sanki bahar gəlmişdi. Kədər yerini sevincə vermişdi. Əlininanası yenidən gülürdü, Aysu yenə qardaşına sarılıb yatırdı, atayenə həyətə bayraq sancmışdı.
Və o bayraq bu evin üzərində dalğalanırdı — Zəfərin, səbrin vəailə sevgisinin rəmzi kimidi
















