ZƏMBİL qəzəli – Xosrov Barışan ( Təbriz )

ZƏMBİL qəzəli

Birdən xəyalım gəzsə bilincin küçəsin dan yeli tək!
Duycaq şeirim dərdi, coşarsa, mən olarsam dəli tək!

Heyrətlə baxıb, hey soracaqlar məni, bu kimdi?! nədir?!
İslanmış isəm söz yağışında, sükutun heykəli tək!

Şer izdihamın yalqızının sevgilisi siqarıdır,
Öpsəm onu, sorsam dumanın, canimi sorsa zəli tək!

Ey eşq, önündə əyilirkən, dahı mənlik qürurun
Sərdim yerə, sərxoş
Yıxılan pəhləvanın dəmbili tək!

Gəzdim sinələr içrə, nəsildən nəsilə geçdim, axı..,
Ölməz yaşayan bir ulusun məmnu olunmuş dili tək.

Bir ömr vətənsiz yaşadıldım vətənimdə yanaraq,
Döndüm şeirə mən, anasız bir uşağın nisgili tək.

Məndən qalacaq olsa dərin çəkdiyim ahim qalacaq;
Vay, boş çatacam mənzilə
pulsuz atanın zəmbili tək!

Dərd ilə əzabla necə gəldim, elə də getməliyəm;
Ömrün yoludur, çünki bunun axiri də əvvəli tək.

Şeir: Xosrov Barışan
…………………………..
Məmnu: Qadağan

Share: