Zəlzələdən yarım saat sonra doğuldu

Zəlzələdən yarım saat sonra doğuldu

Hatayda baş verən 6,4 bal gücündəki zəlzələ zamanı təşviş içində evdən qaçan hamilə qadın vaxtından əvvəl doğuş edib. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ anı Suriya əsilli Culya Keykuni  qorxu ilə özünü çölə atıb. 

Belə ki, Keykuni çaxnaşma səbəbiylə doğum sancısına başlayıb. Xəstəxanaya aparılan qadın yarım saat sonra qızını dünyaya gətirib.


Share: