Zəfər – bu söz xalqımız üçün sadəcə qələbə deyil, illərlə çəkilən zəhmətin, dözümün və mübarizənin bəhrəsidir. Hər bir millətin tarixində onun qürurla xatırladığı anlar olur. Bizim üçün isə bu, Vətən müharibəsində qazandığımız 44 günlük şanlı zəfərdir.
Azərbaycan əsgəri torpaqlarını azad etmək uğrunda canını belə əsirgəmədi. Bu zəfər bizə göstərdi ki, birlikdə güclüyük və xalq-ordu-dövlət birliyi bizi qalib etdi. Hər bir şəhərimizin, kəndimizin işğaldan azad olunması xəbəri xalqımıza sevinc, düşmənə isə qorxu gətirdi.
Zəfər həm də gələcək nəsillər üçün bir dərsdir: Vətən sevilməli, qorunmalı və uğrunda mübarizə aparılmalıdır. Bu zəfər yalnız torpaqların deyil, həm də ləyaqətimizin, haqqın və ədalətin bərpasıdır.
Qarabağ Azərbaycandır – bu çağırış artıq təkcə şüar deyil, reallıqdır. Zəfərimiz mübarək olsun!
Həmzəyeva Zeynəb
















