Zəlzələdə dağılan otelin ortağı hava limanında saxlanıldı

Zəlzələdə dağılan otelin ortağı hava limanında saxlanıldı

Türkiyədə baş verən zəlzələdən sonra Adıyamanda dağılan “Bozdoğan” otelinin ortaqlarından biri Nazan Bağcı İstanbul hava limanında saxlanılıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, onun “Ehtiyatsızlıqdan ölüm və yaralanmaya səbəb olma” maddəsi ilə axtarışda olduğu müəyyən edilib.

Bağcı polis tərəfindən nəzarətə götürülüb.


Share: