Zəfər bayramı! – Rəna Qurbanlının şeiri

Zəfər bayramı! – Rəna Qurbanlının şeiri

İşğal altında olan torpaqlarımızın azad edilməsi Azərbaycan xalqının çoxəsrlik tarixinə yazılan qəhrəmanlıq salnaməsidir.

Tarixi torpaqlarımızın qəvi düşməndən azad edilməsi bir tarixi hadisə kimi Azərbaycan xalqına yeni nəfəs gətirdi,onun düşmənlərinə isə tarixi dərs verdi.Bu münasibətlə məqalələr yazıldı, “8 Noyabr- Zəfər Günü”nə şeirlər həsr edildi.

Bu mənada Müstəqil.az Rəna Qurbanlının(Qılıcova) “Zəfər Bayramı”na həsr etdiyi şeirini təqdim edir.

Zəfər bayramı!

Ey gözəl vətənim, Azərbaycanım!
Sənə qurban olsun, mənim bu
canım.
Səninlə fəxr edir,duyuruq qürur.
Zəfər sevinciylə qəlbimiz vurur.

Savaşı qazandıq,qələbə çaldıq.
Düşməni yurdumdan didərgin
saldıq.
Bu yolda igidlər qoydu canını.
Vətənin uğrunda tökdü qanını.

Hər ovuc torpaqda var şəhid qanı.
Onlara borcluyuq bütün hər anı
Çox xoşdur vətənin abu-havası.
Vətənim geyinib bayram libası.

Zəfər libasını  biçdi şəhidlər!
Şərəfli bir yolu keçdi şəhidlər.
Zəfər bayramımız mübarək olsun!
Bütün hər bir evə müjdələr dolsun.

Buraxma əlimi

Buraxma əlindən əlimi,oğlum!
Qoyma bükülməyə belimi,oğlum.
Həyatım bağlıdır sənin canına.
Qurbanam mən sənin hər bir anına.

Yaradan bəxş etsin mənə özünü.
Doyunca seyr edim qara gözünü.
Buraxma əlindən əlimi,oğlum.
Buraxsan qırarsan belimi, oğlum.

Hər zaman eşitdin mənim sözümü.
Topla sən özündə bütün dözümü.
Sənə qurban dedim, oğlum özümü.
Gəl ağlar qoyma sən mənim gözümü.

Mən dua edirəm hər an Allaha.
Dizimdə taqətim qalmayıb daha.
Buraxma əlindən əlimi, oğlum.
Qopartma qəlbimin telini,oğlum.

Rəna Qurbanlı (Qılıcova)

Share: