Yadigar Muradov vəfat etdi

Yadigar Muradov vəfat etdi

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Əməkdar artist Yadigar Muradov vəfat edib.

Müstəqil.Az xəbər verir ki, bu barədə teatrın Feysbuk hesabında paylaşım edilib.

Bildirilib ki, o, müalicə aldığı xəstəxanada həyata gözlərini yumub.

Xatırladaq ki, səhhəti pisləşən Yadigar Muradov oktyabrın 4-də xəstəxanaya yerləşdirilmişdi.

Müstəqil.Az 

Share: