Yaddaşlarda yaşayan əbədiyaşar ustad sənətkar-Həsən Azərbaycan

Yaddaşlarda yaşayan əbədiyaşar ustad sənətkar-Həsən Azərbaycan

Samir ƏSƏDLİ yazır

1941-ci ildə Təbrizdə dünyaya göz açan Həsən Dəmirçi ömrünü musiqiyə, ana dilinə və milli kimliyə həsr etmiş bir sənətkar, bir mübariz, bir milli ruh daşıyıcısı idi.

O, təkcə muğam ustadı deyildi, xalqın dərdini sazında, səsində, mübarizəsində yaşadan və milli kimliyimizin simvoluna çevrilən böyük ziyalı idi.
Bütün həyatını xalqının azadlığına, bütöv Azərbaycanın birliyinə bağlayan Həsən Azərbaycan ömrü boyu təqiblərə, həbslərə, təzyiqlərə məruz qalsa da, heç vaxt usanmadı, heç vaxt sarsılmadı. Çünki o bilirdi ki, saz sadəcə bir musiqi aləti deyil, xalqın nəfəsidir, milli varlığın səsi və azadlığın simvoludur.
Onun yaratdığı məktəblər, yetişdirdiyi yüzlərlə gənc musiqiçi bu gün də Güney və Quzey arasında milli ruhun, mədəniyyətin, bütövlük idealının yaşadığını sübut edir. Təbrizin dar küçələrində səslənən sazın ahəngi ilə Bakının geniş meydanlarında ucalan muğamın sədaları bir millətin bölünməz ruhunun carçısına çevrilmişdir.
2018-ci ildə həyatdan köçsə də, Həsən Dəmirçi xalqına sadəcə musiqi irsi yox, azadlıq həsrəti, bütöv Azərbaycan sevgisi və sarsılmaz mübarizə ruhu miras qoyub getdi.
Həsən Dəmirçi Təbrizin sazında, Bakının ürəyində, xalqın yaddaşında əbədi yaşayacaq!
Share: