Bu kəndin yolları cakıl daşı ilə döşəndiyindən atla və yaxud ən incə yerişlə yeriyən qadın ayaqqabısının.. tuflisinin səsinə belə əks səda verirdi
Kəndə girən atın nalının səsi düz Yəhyanın darvazasının önündə kəsildi .
Gələnin kim oldugunu o dəqiqə anlayan Yəhya eşiyə çıxdı. Atın üstündəki adam yerə düşüb iki əlini yuxarı qaldırıb :
– Şanlı ordumuzun igid serjantı Kərimova eşq olsun, deyib balkonda duran əsgərlik dostu Yəhyanı salamladı
“Şanlı ordu” təfəkkürü 40 il keçsə də hələ beynində ilişib qalmışdı Əsədin ..
Nə ordu qalmışdı ..nə də “şanı”
Əlbəttə ki, Əsədin deyimində Usta Fəxrəddin Orucoğlunun arılarının şanı nəzərdə tutulmurdu, bildiyimiz şan şöhrət mənasında işlədildi.
Yəhya pilləkəndən düşüb az qala kəndin yolunu su yoluna döndərən bu üzlü əsgərlik dostuna əl verdi.
Qonaga bu bəs edərdimi ?!
Yəhyanı süpürləyib o üz – bu üzündən marçıltı ilə öpəndən sonra kişidən əl çəkdi .
Gələn adam bir balon qatıgı dostuna verib,
– Camış qatıgıdır, dedi.
Qoy soyuducuya, daş kimi olacaq. Sonra vur baş yar …adam öldür .
– Buy, ay Əsəd qardaş, biz sakit adamlarıq baş göz yarmaqla nə işimiz, deyə Yəhyanın arvadı sözü ciddiyə aldı.
– A bajı, məsəlcün deyirəm da – Əsəd cavab verdi .
Birdən Əsəd həyətdən gələn qoyun mələrtisinə diqqət etdi, qulaq kəsildi
Çəpərlənmiş ağılda dörd toglu nəzərini cəlb elədi ..
– Gəl bir həyəti gəzək görək. A bajı, bir çay qoy sən də – Əsəd ərklə, əmrivari dostunun arvadına səsləndi.
Yəhya bu üzlü qonagın hələ 3-4 saat buradan getməyəcəyini bildiyindən arvadına ..
-Yemək hazırla, deyib artıq bagın ortasınacan gedən dostunun yanına yönəldi .
Əsəd qonşu kənddən idi.
Amma, Yəhya ilə bir məktəbdə oxuyub, bir partada oturmuşdular
Yəhya ev tapşırıqlarını ,yazardı …Əsəd isə hazırına nazir olub köcürərdi ..
Qəzavü qədər Yəhyanın başına necə vurmuşdusa bu Əsədlə uzaq Arxangelskidə də bir yerdə əsgər yoldaşı olmuşdular .
Тусэ вунэкдэк məzara qədər bundan йurtuluş yox idi.
Nə bilək, işdir Yəhyanın başına nəsəишк hadisə gəlsə, yıxılıb ölüb eləsə Əsəd yenə gəlib onun mafəsinin yanına uzanacaqdı ki,
– Bəs mən də varam !
Əlqərəz .
Yəhyanın o yadında idi ki bu dostu uzaq yol qət edib gələn “posılkanı” da özününkü edib öz şkafına qoyardı .
İçində nə gəlibsə hərdən Yəhyaya da “uzadardı”.
Hətta anasının göndərdiyi yun corablara belə bu Əsədin “əl qoydugu” da olmuşdu .
Göndərilən cevizin, fındıgın üzünü Yəhya elə o bağlama açılanda görərdi
Bir sözlə adı Yəhyanın, dadı isə Əsədin idi .
Bu Əsəd bəlası bu saf utancaq Yəhyadan əl çəkmirdi .
Sümürdükcə sümürürdü bu müftəyeyən “inbizat “
Əsgərlik həyatı belə gəlib keçmişdi Yəhya üçün. Yazıq heç bilmədi Şanlı orduya xidmət elədi ya bu kiçik serjant Əsədə .
Amma, sən demə, hələsi dalda imiş ..
Qışın ortasında bir də görürdün budur ha, bir düjün arvad – uşagını gətirib tökdü bu yazıq Yəhyanın evinə ki bəs mən uzaq rayonarın birinə mal-davar almaga gedirəm arvad uşaq tək qalmasın.
Beləcə bu dostluq “genişlənirdi”.
Həm eninə …həm də uzununa
Yəhyanın övladı yox idi
Bunlar gələndə övladlarının olmadıgına yüz dəfə şükür edərdi Yəhya və arvadı ..
Bunlar uşaq deyil, həşarat idi, imbizat idi, terrorcu idilər ..
Həmin günlər Yəhya ilə arvadı öz evlərində sıgıntı kimi yaşayırdılar evi qırx quldurlar zəbt etmiş kimi bir hava olardı bu evdə ,Ş ta ki Əsəd gəlib bu köçünü buradan daşıyanacan ..
Təsəvvür eləyin da.. fəlakətin böyüklüyünü .. Hər həftə Yəhyaya baş çəkməmiş dincliyi olmazdı Əsədin.
Əlində də qonaq gələndə gətirdiyi pay ya bir balon qıcqırmış qatıq, ya da suyu seli çəkilmiş çakıl daşına dönmüş yarım kilo pendirdən zaddan olardı.
Qayıdan baş isə həyətdəki bol meyvədən agır-agır yükünü tutub yaxındakı yaylaq yerindəki fermasına dönərdi .
Nə etmək olardı, qonaq allah qonagı idi.
Yəhya da saf bir kənd müəllimi, Aldanmaga, istifadə olunmaga müsaid idi…
Nə isə biz də Əsədin gözü ilə Yəhya müəllimin aldıgı toglulara baxaqmı ?
-Baxaq ..
Yəhya da baxsınmı ?
-Baxsın
Dünyanı nə bilmək olar bəlkə bu Yəhyanın da aldıgı qoyunlara son baxışı olacaq ..
ƏSƏD erkək qoyunlara müştəri gözü ilə baxdı. Girib ayrı ayrılıqda boyu bərabri qoyunları qaldırıb kilosunu belə dedi ..
30..36 ..40. 35….
– Ayə bu heyvanları burada niyə dustaq eləmisən .?
-Bə neyləyim ?
-Necə neyləyim, qoy aparım qurban oldugum o dağların əvəliyindən, pencərindən yesinlər əəə.. Yazıqdılar ..
Yəhya onsuz da tüklərindən yag daman qoyunlara baxıb
– Ay Əsəd.. bunların ikisi arvadın qardaşının.. ikisi də mənimdir, – dedi.
Onsuz da 15 ..20 günə kəsib qovurma edəcəyik.
-Yox əə.. nə danışırsan ?, Bu 10 günə bu quru yerdə bunlar olan ətini də tökər
Qardaşın ölməyib ki aparım öz qoyunlarıma qatım nə vaxt desən qaytarım nə istəyirsən elə, kəs də sat da ..
Heç bilmədi bu satmaq məsələsi haradan aglına gəldi . Bu sözlər Yəhyanın beyninə batdı
Onsuz da kənddə müəllim işləyirdi başını qaşımaga vaxtı yox idi arvad da mal heyvana öldür yaxın gələn deyildi.
– Onda ay Əsəd gedəndə qat qabagına apar, Allah köməyin olsun ..
Dörd toglunu da əməllicə salondan çıxma eləmişdilər. Al əlvan göy boya ilə rəngləyib satmışdılar bu Yəhya müəllimə.
Yeyib-içdikdən sonra Əsəd qoyunları qabagına qatıb yola düzəldi. Yəhya da ardınca kənddən çıxanacan onu müşayət eləməli oldu ..
Əsəd yol üstündə kəndin rəng, boya, digər tikinti matrealı və məişət əşyaları satılan “xoz.tovar”a da girib əlində bir qab göy boya ilə geri döndü.
…Evin pəncərəsinin rəngi yaman tökülüb
Arvad boya almamış dönmə dedi. Yəhyaya bir acıqlama da verməyi unutmadı
Əsəd qoyunları qabagına qatıb gözdən itdi ..
Qışın ilk qırovu düşmüşdü
Hər həftə kəndə gələn Əsəddən nədənsə xəbər yox idi
Yəhya Əsədin nöməsni tapıb yıgmaga başladı
Handan hana telin o ucunda Əsədin nədənsə həyacanlı səsi gəldi
Alo qardaşım necəsən
-Ayə,Əsəd niyə görünmürsən ? Gəl.. qoyunları da gətir kəsək .
Arvad uşagı da götür gəl cıgataydan zaddan bir qismət uşaqlar da yesin
Bu son sözlər Yəhyanın agzından necə çıxdı özü də bilmədi
Da keçdi
Olan oldu ..Dil qurtdamış dedi.. Əsəd də eşitdi
Sabaha burada toy düyün var …
Əsəd
Oldu qardaş .
Səhər mütləq amanatı gətirəcəm, deyib Əsəd tələm tələsik telefonu söndürdü .
Səhər tezdən Yəhyanın arvadı əl ayaga düşüb ocaq yeri, odun-ocagı hazırlamaga başladı
Qardaşı da qəssab Səfər yaraqlı yasaqlı əlində itilənmiş bıcaqla hazır durub qoyunları gözləyirdi
Qalırdı bircə qoyunların ..bir də o məlum quldur dəstəsi varid oluşu.
Əsəd də yubanmagında .
Yəhya darıxıb yola tərəf cıxdı
Bude ..uzaqdan Əsəd göründü
Kəndin yolunda sanki bir qoşun irəliləyirdi
Səsləri kəndi agzına almışdı
Qarşılarında da 3 qoyun .
Bəs biri hanı ? .
Yəhya ürəyində narahat olmaga başladı ..
Nəhayət dəstə tam heyətdə həyətə girdi ..
Uşaqlar həyətə girər girməz meyvələrin soy qırımı da başlamış oldu .
Agacların şil küt edən kim… meyvələri kal kal budayıb yerə tökən kim
Əlqərəz ərəsət günününə start verildi .
Yəhya donub qalmışdı
Qarşısında az qala sümükləri sananan erkəklikdən hec nəsibini almamış dişi qoyunlara baxıb baxıb durdu
Bogazı qurumuşdu
Dönüb Əsədə baxdı ..
Nəhayət Yəhyanın baxışlarına cavab kimi Əsəd söhbətə başladı ..
Bax ..qardaş qoyunları aparanda başıma iş gəldi
Fermaya catar çatmaz sənin bir qoyunun susamışdı, nədi gözdən yayınıb həyətdəki kislotanı su bilib icdi elə ordaca canını tapşırdı ..
Qaldı üc qoyunun onu da gətirmişəm . Yəhya belində göy rəng olan qoyunlara nəzər elədi ..
Qoyunlar erkək qovurmalıqlar deyil, qabırgalarının sayı sayılan dişi ələngələr idi .
Qoyunların üstündəki kraskadan başqa hec nə Yəhyaya tanış gəlmədi. Əsədin apardıgı qoyunların belindəki həmən rəng idi ..
Amma o qoyunlar erkək idi, bəs neçə dönüb dişi oldular
Yəhyanın aglına indi gəldi ki dostu kəndin “xoztovarına” niyə girmişdi ..əlində “pəncərə” ücün o göy “kraska”nı niyə almışdı ..
















