Zərəçəkmişin şübhələri doğrulur: Emil Ağacanov məsuliyyədən kənar saxlanılacaq?
Uzun müddətdir Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və Port Baku-da yerləşən italyan brendi “YAMAMAY”-ın sahibi, iş adamı, sevgilisi, yaxın dostu, işçisi İradə Muradovanı qətlə yetirməkdə şübhəli bilinən, haqqında həbs qəti imkan tədbiri seçilən Emil Ağacanovun məhkəmə işi davam edir.
.jpg)
Hakim Səbinə Məmmədzadə
Bir neçə dəfə fasilələrlə davam edən məhkəmə özünün yeni mərhələsinə qədəm qoyur. Hər iki tərəfin, həm təqsirləndirilən, həm də zərərçəkmiş tərəfin, məhkəmə öncəsi əsəblərinin tarım çəkilməsi, qızışdırıcı repıikalar, qarşı tərəfi aşağalamaq və sair.
Qətlə yetirilən xanımın qanunu nümayəndəsi və digər qohumlarının həm qətli törədən, həm də onun digər yaxın qohumları tərəfindən söz və qəzəbli baxış hücumları tərəfindən sıxışdırılması, günahkar qismində saxlaması adamda belə bir təəssürüt yaradır ki, nə olsun ki, köməksiz xanımı, (hansı ki, qətlə yeirildiyi gün özünü köməyə çatdırmışdı) boğub öldürüb, gərək sonrakı peşmançılıqdan sonra amansızlıqla öldürülmüş xanım diriləydi. Ölməyəydi ki, hadisələrdə bu həddə çatmayaydı.
Tərəflərin bir-birinə qarşı olan münasibətləri, işlədilən ifadələrin etik çərçivədən kənar olması, bu ifadələrin daha çox zərərçəkmiş tərəfə ünvanlanmasının nəzərə çarpması məşhur bur el deyimini yada salmaya bilmir: Ağa Nəzərəm, belə gəzərəm, istədiyimi edərəm. Hakimin bəzi hallarda bu ifadələri görməməsi, bəzi vaxtlarda isə ötəri və sakit etiraz etməsi də müşahidələrdən kənar qalmırdı.

Amansızlıqla qətlə yetirilən İradənin bacısı, zərərçəkmiş Rəna Nuradova
Mart ayının 19-da keçirilən məhkəmə zamanı təqsirləndirilən tərəfin yaxınlarının qətlə yetirilən İradə Muradovanın bacısı Rəna Muradovaya etdiyləri həqarət, söyüş və təhqirlər isə, daha dözülməz hal almışdı. Emil Ağacanovun anasının məhkəmə öncəsi gözləmə zalında etdiyi hərəkətlər, qarğış və söyüşlər o həddə çatdı ki, məhkəmə icrasının nümayəndəsi tərəfindən bir neçə dəfə xəbərdarlıqların edilməsi, onun bu xəbərdarlığa məhəl qoymamasından sonra küçəyə çıxarılması və bu hal məhkəmə zamanı təkrar olunarsa iclas zalından çıxarılacağını deməsi də zərərçəkmiş tərəfə ünvanlanan hədə – qorxunu və təhqiri azaltmaırdı.

şahid, təqsirləndirilən şəxsin anası
Müşahidələr həm də onu göstərir ki, zərərçəkmiş tərəfin istintaqın ilk günündən şübhə ilə yanaşdığı məsələlər özünü doğrultmadadır. Deyəsən, qətli törədən şəxs, hansı ki, ilkin ifadəsi zamanı bunu anlaqlı şəkildə etiraf etmişdi, sonradan hakim xanımın idarə etdiyi məhkəmə iclasında isə qətli o deyil, bir dəstə cin-şəitinin, şeytanın etdiyini deyən Emil Ağacanov məsuliyyədən kənar saxlanılacaq.
Məhkəmə iclasları zamanı şahidlərin verdikləri ifadə, qəTlin baş vermə səbəbinə aydınlıq gətirməli olan ekspertizanın verdiyi qərarlar, ilkin istintaq zamanı yaranan şübhələrlə bağlı zərərçəkmişinn vəkilinin verdiyi vəsadətlərin istintaq zamanında olduğu kimi məhkəmə tərəfindən də qəbul edilməməsi, yaranan sualların cavabsız qalması qeyd edilən şübhələrin artıq açıq şəkildə ifadə olunmasına gətirib çıxarır.
Hələ ki məhkəmə iclasları davam edir, hadisələri qabaqlamayaq. Lakin bu gediş çox güman ki, hakim Səbinə Məmmədzadənin sonda verəcəyi qərarla doğurdan da gənc bir xanımı, uzun müddət tanıdığı birlikdə biznes fəaliyyətləri olduğu tərəfdaşını qətlə yetirən Emin Ağacanov anlaqsız elan ediləcəyindən xəbər verir.
Bununla da qətli örədən məşhur və zəngin iş adamı Bakının gözəl xəstəxanalarının birində müalicə adı ilə günləri bir birinə calayaraq ömür sürəcək, arada xatirələrinə qapılacaq. Və olsun ki, arada çöhrəsini xəfif əbüssümdə bürüsün; heç nə asan olmur, öhdəsindən gəldik, amma əsəblərimiz və xeyli … çıxdı.

Şahid Nigar Həbibova, təqsirləndirilən şəxsin bacısı
Aprelin 9-da növbəti məhkəmə iclası olacaq. Müstəqil mətbuat olaraq məhkəmənin gedişini izləyəcəyik, obyektivliyimizi qoruyacaq və haqqın yanında duraraq reportajımızı yayınlayacağıq. Vəkilin verəcəYi vəsadətlərin qəbul olunacağını da ümüd edəcəyik. Axı bu, məhkəmə işinin obyektiv aparılmasına daha çox gərəkdir. Şahidlərin dəvət olunması da yaxşı olardı. Yoxsa bu vaxta qədər bir təcili yardım həkiçindən, iki digər tibb işçisindəm başqa aidiyyəti üzrə heç kəs şahid qismində məhkəməyə dəvət edilməyib. Əlbəttə qətli törədən Emil Ağacanovun doğmaları – anası, bacısı, həyat yoldaşı və qaynı istisna olmaqla.
Məhkəmə və Müstəqil.Az-n məhkəmənin gedişi ilə bağlı müşahidələri və araşdırmaları davam edir.
Ötgün








.jpg)












