Varşavada reper Orxan Zeynallının “40-cı paralel” adlı solo konserti olacaq

Varşavada reper Orxan Zeynallının “40-cı paralel” adlı solo konserti olacaq

2 noyabr 2024-cü il tarixində Varşavada şəhərində musiqiçi, reper Orxan Zeynallının “40-cı paralel” adlı solo konserti  baş tutacaq.

Konsert Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə keçiriləcək.
“Hər birinizi bu unudulmaz gecəyə dəvət edirik. Biletləri iticket.az saytından almağa tələsin. Biletlər məhdud saydadır.
Nəzərinizə çatdırmaq istəyirik ki, konsertin başdan sona bütün təşkilatçılıq işləri Macarıstanda yaşayan azərbaycanlılardan olan, dostumuz Gunay Bayramova, Polşa Azərbaycanlıları Şurasının idarə heyəti üzvlərindən Shamo Gubadov, Tuncay Novruzzade və Polşa Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru olan Yusif Mammadov tərəfindən həyata keçirilmişdir.
Bilet almaqla bağlı çətinlik, konsert haqqında əlavə məlumat əldə etmək üçün whatsapp qrupumuza qoşulub suallarınızı ünvanlaya bilərsiniz. Xəbəri dostlarınızla paylaşmağı unutmayın! Xoş günlər!”,-deyə PAŞ-ın məlumatında bildirilib.
Share: