8 noyabr – Zəfər günü və 9-noyabr Dövlət Bayrağı günü dünyanın hər yerində yaşayan azərbaycanlılar və Azərbaycan sevərlər tərəfindən böyük sevgi və coşqu ilə qeyd olunur.
Xarici sularda üzən dənizçilərimiz adından uzaq səfərlər kapitanı Nazim Həbibov müqəddəs bayramlarımız münasibəti ilə öz ürək sözlərini ifadə edi:Zəfər Günü Azərbaycan xalqının ən qürurlu və unudulmaz günlərindən biridir.
Bu tarix Azərbaycan Ordusunun 2020-ci ildə Qarabağ müharibəsində əldə etdiyi möhtəşəm qələbənin simvoludur.
Bu qələbə xalqımızın birlik və vətənpərvərlik ruhunu bir daha bütün dünyaya nümayiş etdirdi.
Bu gün şanlı ordumuzun igid əsgər və zabitlərinin rəşadəti, həmçinin ölkə başçısının uğurlu siyasəti nəticəsində torpaqlarımız düşməndən azad olunaraq 30 illik həsrətə son qoyuldu.
Zəfər Günü bizə qəhrəmanlarımızı yad etməklə yanaşı, azadlığımızın dəyərini bilməyi, qiymətləndirməyi də öyrədir.
Bu gün hər bir azərbaycanlı üçün qürur, vətən sevgisi və milli birlik Günüdür.
Bu möhtəşəm qürür hissini bizə yaşadan Azərbaycanın oğul və qızlarına, cəsur əsgər və zabitlərimizə, o cümlədən Ulü öndər Heydər Əliyevin uğurlu siyasətinin ləyaqətli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevə, bu tarixi zəfərə görə, xalqımız, o cümlədən də bütün dənizçilər adından dərin minnətdarlığımızı bidiririk.
Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə can saglığı versin.
Qarabağ Azərbaycandır!
















