Bir uşağa “çox ağıllısan” deməklə onu daha güclü edə bilərikmi?
1998-ci ildə “Journal of Personality and Social Psychology” jurnalında dərc olunan bu araşdırma uşaqlara verilən tərifin təsirini araşdırıb.
Maraqlı tərəf odur ki, eyni nəticə göstərənlərə fərqli tərif verilib.
Bütün uşaqlar eyni tapşırığı uğurla yerinə yetirdi.
Bir qrupa “Sən çox ağıllısan”, digər qrupa isə “Sən çox çalışdın” deyə tərif edilib.
Sonra uşaqlara çətin, uğursuzluq ehtimalı yüksək tapşırıqlar verilib və fərq məhz burada ortaya çıxıb.
Zəkaya görə təriflənən uşaqlar:
● tez ruhdan düşüb;
● çətin tapşırıqlardan qaçıb;
● səhvi öz bacarıqsızlığı kimi qəbul edib.
Səyə görə təriflənən uşaqlar:
● daha israrlı olub;
● səhvdən öyrənib;
● performansını artırıb.
Araşdırma göstərir ki, uşağın potensialını artıran tərifin çoxluğu deyil, nəyə görə təriflənməsidir.
Uşaqların daha yaxşı nəticə göstərməsi üçün onları “ağıllı” hiss etdirmək kifayət deyil. Onları səy göstərməyə davam edəcək şəkildə böyütmək lazımdır.




















