Ülkər NİCATLI: Burda alov-alov kişnəyir kədər, Burda ocaq-ocaq üşüyür Vətən…

Ülkər NİCATLI: Burda alov-alov kişnəyir kədər, Burda ocaq-ocaq üşüyür Vətən…

Ayıra bilməz

Yuxuma gəlmişdin bu gecə,
sinəmdəki duyğular
vüsal mehindən
titrəyirdi incə-incə.
Yanaqlarımda çiçəkləyirdi.
əllərinin təması,
Sənli günlərin ətri
hopmuşdu yuxuma,
Gülümsəyirdi ovcumda
toy günümün hənası…
Ürəyim sənin həsrətini
nimdaş paltar kimi soyundu,
Kövrək xatirələr
sənin vüsalının işığında
cənnət pərisi kimi yuyundu…
Yuxuma gəlmişdin bu gecə,
Yenə sevgi qoxuyurdu
mehriban baxışların.
Xəyalın rəngarəng etmişdi
ömür xalçamdakı
butaları,
naxışları…
Yuxuma gəlmişdin bu gecə,
Bax beləcə
gecənin yuxusu qaçmışdı yuxumda…
Adını pıçıldayırdı
könlümün vəfa çiçəkləri…
Ölüm də ayıra bilməz
sevən ürəkləri…

Burda ocaq-ocaq üşüyür Vətən

Torpaq öz səbrini darayır burda
Ucalıb qeyrətin sarayı burda.
Donub həqiqətin harayı burda,
Burda ocaq-ocaq üşüyür Vətən.
.
Könül bir az toxta nəfəsini dər,
Yüz ildi bu dərdin dərdi təzə tər
Burda alov-alov kişnəyir kədər,
Burda ocaq-ocaq üşüyür Vətən.
Bir 8 nəfər şəkili ola bilər
Dağların döşündə söz düyün düşüb,
Dərdin ocağında köz düyün düşüb.
Dözüm sözündəki döz düyün düşüb
Burda ocaq-ocaq üşüyür Vətən.
.
Bəxtimin sarayı dərd daşlarından,
Keçirəm alnımın qırışlarından
Tonqal qalamışam göz yaşlarımdan
Burda ocaq-ocaq üşüyür Vətən.

Yağış

Bu qərib nəğmənin misraları tək,
Mənim ürəyimə yağır bu yağış.
Göydə doluxsunmuş tənha mələyin,
Qəmli gözlərimdən axır bu yağış.
Bir 1 nəfər və gülümsəyir şəkili ola bilər
Sən çıxıb getdiyin yolların üstə,
Nə vaxtdır dözümüm,səbrim islanıb.
Bu bəyaz yağışın damlalarında,
Bir vüsal həsrəti ruh misralanıb.
.
Bu yağan yağışın payız qoxusu,
Həsrətlə çırpınır könlümə hopur.
Kövrək ürəyimə təsəlli kimi,
Yağış damcıları üzümü öpür.

Share: