Ukraynanın Moskvadakı müvəqqəti işlər vəkili Ruslan Nimçinskiy Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb. Ukrayna tərəfinə ötən gün Kiyevdə “Rossotrudniçestvo” Agentliyinin binasına edilən hücumdan sonra etiraz bildirilib.
Bu barədə Rusiya XİN-in məlumatında deyilir.
“Rusiya tərəfi hücumu törədənlərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsini tələb edib”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, fevralın 17-18-də bir qrup radikal Kiyevdə “Rossotrudniçestvo” (Müstəqil Dövlətlər Birliyi, xaricdə yaşayan soydaşlar və beynəlxalq humanitar əməkdaşlıq işləri üzrə Federal Agentlik) və “Sberbank”a hücum edərək qurumların binalarına ziyan vurublar.
Müstəqil.Az






















Bir cavab yazın