Uğurlu qadın nümunəsi – Gülüstan Əkbər yazır

Uğurlu qadın nümunəsi – Gülüstan Əkbər  yazır

Qadın – Anadır, qadın – Cəmiyyətin inkişafındakı güzgüdür!

 

Qadın – sağlam cəmiyyətin özüdür. O, ailəsinə, işinə və vətəninə sədaqətlə xidmət edərək, cəmiyyətin inkişafına misilsiz töhfələr verir.

Bu gün sizin gününüzdür, dəyərli xanımlar!

Bu münasibətlə sizə dövlət televiziyamızda çalışan  qadınlardan birini  təqdim edirik!

Şübhəsiz, “Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri” QSC  illərdir milli media məkanında nüfuzunu qoruyub saxlayan, peşəkarlığı və milli dəyərləri ön planda tutan xalqın mənəviyyatına xidmət edən bir qurumdur.

Uğurlarının arxasında yalnız yaradıcı heyət deyil, həm də təşkilati və inzibati işləri peşəkarlıqla idarə edən insanlar dayanır. Bu fədakar insanlar arasında qadınlarımızın da sayı az deyil.

Müasir televiziyanın inkişafında xidmətləri olan simalardan biri də İlhamə Hüseynovadır. O, 2019-cu ildə “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC -nin “Kadrlar və xüsusi işlər” departamentinin rəisi vəzifəsində  işə başlayıb və yalnız peşəkar fəaliyyəti ilə deyil, səmimiyyəti, yüksək etik davranışı və işgüzar münasibətlərdə yaratdığı sağlam mühitlə seçilən bir rəhbər kimi tanınıb.

Kadrlar Şöbəsi hər bir qurumun dayanıqlılığını və uğurunu müəyyən edən əsas struktur bölmələrdən biridir. İlhamə Hüseynova bu vəzifədə çalışdığı müddətdə Azərbaycan Televiziyasının kollektivinə dəyərli kadrların cəlb edilməsi, onların potensialının üzə çıxarılması,  kadr siyasətində şəffaflıq, ədalət və insan amilini ön planda tutaraq əməkdaşların peşəkar inkişafına daim dəstək olub.

Təbii ki, rəhbərlik təkcə idarəetmə bacarığı deyil, həm də insanlarla düzgün münasibət qurmaq və kollektivə sağlam  mühit təqdim etmək deməkdir. İlhamə Hüseynova məhz bu keyfiyyətləri ilə seçilir.

Belə nümunəvi əməkdaşlıq sayəsində Azərbaycan Televiziyası yalnız yaradıcı baxımdan deyil, həm də təşkilati və idarəetmə aspektindən inkişaf edir.

Televiziyada nümunəvi xidmətlərinə görə İlhamə Hüseynova yaxın günlərdə Azərbaycan Respublikası  Prezidenti İlham Əliyevin 04 fevral  2025 – ci il tarixli sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC -nin sədr müavini  vəzifəsinə təyin edilib.  Onu bu uğuru münasibətilə səmimi qəlbdən təbrik edir, yaradıcılıq və idarəetmə sahəsində uğurlarının davamlı olmasını arzu edirik!

 

Share: