Üçrəngli bayrağımızın Zəfəri

Üçrəngli bayrağımızın Zəfəri

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası A.İ.Məmmədov adına 38 №-li tam orta məktəblə birgə Zəfər Gününün və Dövlət Bayrağı Gününün qeyd edilməsi ilə bağlı tədbir keçirdilər.

Vətən, torpaq uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Kitabxananın Abonement bölməsinin müdiri Lalə Səlimova çıxış edərək bildirdi ki, Zəfərin və bayrağın birliyini, Vətənə sevginin gücü əbədidir. Zəfər qəhrəman ordumuzun şücaəti, bayrağımız isə bu Zəfərin əbədilik rəmzidir.

Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Gülnarə Vəliyeva qeyd etdi: “Qoy gənc nəsil bu bayramların mənasını dərk etsin, oxusun, öyrənsin və daim uclan bayrağımızı qorumağı özünə borc bilsin”.

Məktəbin dil-ədəbiyyat müəllimi Solmaz Güləliyeva, kitabxananın Uşaq şöbəsinin müdiri Sevil Namazova qeyd etdilər ki, bu gün gənc nəsil tarixi Qələbənin şahidi oldu. İşğaldan azad olunmuş torpaqlarımızda böyük işlər gedir.

Sonda məktəbin şagirdləri xalqımızın birliyinə, gücünə və qəhrəmanlığına aid şeirlər söylədilər.

Share: