“Ucqar rayonlarda yeni texnologiyaların tətbiqi” layihəsinin icrası davam edir

“Ucqar rayonlarda yeni texnologiyaların tətbiqi” layihəsinin icrası davam edir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyun – 31 avqust 2025-ci il tarixlərində həyata keçirilən “Ucqar rayonlarda yeni texnologiyaların tətbiqi” layihəsinin icrası uğurla davam edir.

Layihənin icrasını “Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi həyata keçirir. Birliyin sədri və layihə rəhbəri Rauf Rəcəbovun sözlərinə görə, layihə Azərbaycanın ucqar dağ rayonlarından biri olan Lerikdə reallaşdırılır və əsas məqsəd informasiya texnologiyalarına çıxışı məhdud olan gənclərin maarifləndirilməsidir.

Layihə çərçivəsində keçirilən təlimlərin əsas vəzifəsi:

Gənclər arasında kompüter savadlılığını artırmaq,
Müasir dövrün tələblərinə uyğun rəqəmsal bacarıqları formalaşdırmaq,
Gəncləri texnologiya vasitəsilə cəmiyyətə daha fəal inteqrasiya etməyə təşviq etməkdir.

Təlimləri peşəkar mütəxəssislər — Riyad QaraxanovElmar Rəcəbzadə həyata keçirirlər. Gənclərə aşağıdakı sahələrüzrə praktiki biliklər verilir:

Ofis proqramları: Microsoft Windows, Word
Kompüter qrafikası: Adobe Photoshop, Illustrator, Figma, CorelDRAW
Foto redaktə: Adobe Lightroom
Video montaj: Adobe Premiere Pro, After Effects, DaVinciResolve

Təlimlərin sonunda fəal iştirakçılara Sertifikatlar təqdim olunacaq.

Rauf Rəcəbov bildirib ki, layihə əsasən həssas təbəqədən olan 14–17 yaş arası yeniyetməgəncləri əhatə edir. “Gənclərimizi müasir texnologiyalarla tanış etmək, onların bu sahədə bacarıqlarını formalaşdırmaq, eyni zamanda gələcək karyeralarına sağlam təməl qoymaq bizim üçün önəmlidir. Ənənəvi tədris metodları ilə yanaşı, rəqəmsal bacarıqlar bu gün daha çox tələb olunur”, – deyə layihə rəhbəri qeyd edib.

Layihə gənclərin dünyagörüşünü genişləndirmək, onları informasiya cəmiyyətinə adaptasiya etmək və gələcəkdə əmək bazarında daha rəqabətqabiliyyətli olmalarına dəstək məqsədi daşıyır.

Share: