Türkmənistan prezidenti Medvedyevə küçük bağışlayıb

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov MDB dövlət başçılarının Aşqabaddakı toplantısında iştirak edən Rusiya baş naziri Dmitri Medvedyevə küçük bağışlayıb.

Müstəqil.az Teleqraf.com-a istinadla xəbər verir ki, baş nazirin qaldığı otelə gələn prezident onu antik QAZ-21 “Volqa” avtomobilində gəzintiyə aparıb, daha sonra onlar prezident adminstarsiyasına gəliblər.

Türkmənistanın dövlət başçısı burada Rusiya baş nazirinə alabay cinsindən küçük hədiyyə edib.

Qurbanqulu Berdiməhəmmədov 2017-ci ildə Rusiya Prezidenti Vladimir Putinə də küçük bağışlamışdı.


Müəllif: Mahir
Share:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir