Türkiyədə atışma, yaralılar var

Türkiyədə atışma, yaralılar var

Türkiyədə gecə saatlarında atışma olub.

“Qafqazinfo” “Haber Global”a istinadən xəbər verir ki, hadisə Adana şəhərindəki klublardan birində baş verib.

Bildirilib ki, silahlı insidentdə 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara çatdırılıblar.

Bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


Share: