Türkiyə XİN-dən Avropa Parlamentinin hesabatına etiraz

Türkiyə XİN-dən Avropa Parlamentinin hesabatına etiraz

Türkiyə Avropa Parlamentinin 13 sentyabrda qəbul edilən tövsiyə xarakterli 2022-ci il üzrə Türkiyə Hesabatına etiraz edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə XİN-nin bəyanataında deyilir.

“Bu hesabat AP-nin həm ölkəmizlə münasibətlərə, həm də Avrupa İttifaqının gələcəyinə dair dayaz yanaşmanın əksidir. Təəssüf ki, bu hesabat həm də Avropa Parlamentinin üzvlərinin gündəlik populist siyasətin əsiri olduqlarını göstərir”, – deyə Türkiyə XİN bildirib.


Share: