Dünən, 2025-ci il noyabrın 24-də “Gülüstan” sarayında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Ortaq Dəyərlər” İctimai Birliyinin birgə təşkilatçılığı, TİKA-nın dəstəyi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçirilib.
Bu haqda Müstəqil.Az-a tədbirin iştirakçısı, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri Faiq Balabəyli məlumat verib.
Forumda ilk olaraq, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı müraciəti oxuyub.

Hikmət Hacıyev qeyd edib ki, hazırda türk dövlətləri ilə 34 müxtəlif əməkdaşlıq formatları olsa da, QHT-lər xətti bu səviyyədə tərəfdaşlıq olmayıb, bu yeni istiqamətdir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva öz çıxışında bildirib ki, Türk birliyinə gedən yol yalnız dövlətlərin iradəsindən deyil, həm də vətəndaş cəmiyyətlərinin həmrəyliyindən keçir.

Bu baxımdan, Agentlik Türk dövlətlərində fəaliyyət göstərən təsisatlarla əməkdaşlığa böyük önəm verir.
TİKA Bakı Ofisinin rəhbəri Hayrettin Özçelik forumun işinə uğurlar arzulayıb.
Məlumatda o da bildirilir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunda 8 qardaş ölkə arasında əməkdaşlığa dair videoçarx nümayiş etdirilib.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunda “Zəngəzur dəhlizi: Türk coğrafiyasını birləşdirən körpü” adlı panel müzakirəsi keçirilib
Panelin moderatorluğnu Milli Məclisin deputatı, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Azər Allahverənov edib.

Panel spikerləri qismində Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin direktor müavini Özcan Aygün, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının Komitə sədri, “Yüksəliş” Hərəkatının sədri Bobur Bekmurodov, Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi yanında Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədrinin müavini Zhanargul Alzhanova, Qırğızıstanın Ədliyyə Nazirliyinin Analitik və Rəqəmsallaşdırma Departamentinin müdiri Aitolkun Zhakypova, Türkmənistanın CAREC Layihə Ofisinin direktoru Mergen Kepbanov, Macarıstanın Danube İnstitutunun icraçı direktoru İstvan Kiss, Şimali Kipr Türk Respublikasının Daxili İşlər Nazirliyinin aparat rəhbəri Mehmet Ercilasun fikirlərini bölüşüb.
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri Faiq Balabəyli

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun işinin uğurla davam etdiyini qeyd edib.
Müstəqil.Az





Foto: İlkin Həmidov, Vüqar İbadov
















