Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçirildi

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçirildi

Dünən, 2025-ci il noyabrın 24-də “Gülüstan” sarayında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Ortaq Dəyərlər” İctimai Birliyinin birgə təşkilatçılığı, TİKA-nın dəstəyi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçirilib.

Bu haqda Müstəqil.Az-a tədbirin iştirakçısı, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri Faiq Balabəyli məlumat verib.
Forumda ilk olaraq, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı müraciəti oxuyub.
Bir platforma və mətn şəkili ola bilər
Hikmət Hacıyev qeyd edib ki, hazırda türk dövlətləri ilə 34 müxtəlif əməkdaşlıq formatları olsa da, QHT-lər xətti bu səviyyədə tərəfdaşlıq olmayıb, bu yeni istiqamətdir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva öz çıxışında bildirib ki, Türk birliyinə gedən yol yalnız dövlətlərin iradəsindən deyil, həm də vətəndaş cəmiyyətlərinin həmrəyliyindən keçir.
Bir platforma və bunu deyən yazı "C.TIKA DövletieriTaçkilatina Toşkilatına üzV ölkelorin QHT-larini Hemraylik Forumu 23-26 2-23noypbr.2023/Bah,Nargion noyc obr 2025 Baki Naxcivan foldortyfrunaelG.Tib of NGOs from OTS Member Countries Solidarity Forum November 23-26 2025 Baku, Nakhchivan Aygun Aliyeva Executive Director of the Agency for State Support to Non-Government Organizations of the Republic of Azerb မဒ်" şəkili ola bilər
Bu baxımdan, Agentlik Türk dövlətlərində fəaliyyət göstərən təsisatlarla əməkdaşlığa böyük önəm verir.
TİKA Bakı Ofisinin rəhbəri Hayrettin Özçelik forumun işinə uğurlar arzulayıb.
Məlumatda o da bildirilir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunda 8 qardaş ölkə arasında əməkdaşlığa dair videoçarx nümayiş etdirilib.
Bir cədvəl, işıqlandırma və mətn şəkili ola bilər
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunda “Zəngəzur dəhlizi: Türk coğrafiyasını birləşdirən körpü” adlı panel müzakirəsi keçirilib
Panelin moderatorluğnu  Milli Məclisin deputatı, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Azər Allahverənov edib.
Bir platforma və bunu deyən yazı "Türk Dövlatlari Teşkilatına üzv ölkelarin QHT-larinin QHT-lerininHamreylikForumu Hamreylik Forumu 密 Solidarity Forum of NGOs NGOsfrom from OTS Member Countries 연인스 C.TIKA বक Zangezur Corridor: A Bridge Connecting the Turkic Geography OecaT 6ecaTayфл Nytu.teemgtogen 味味 weyreceRn 700-1.4 ብ-9ት" şəkili ola bilər
Panel spikerləri qismində Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin direktor müavini Özcan Aygün, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının Komitə sədri, “Yüksəliş” Hərəkatının sədri Bobur Bekmurodov, Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi yanında Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədrinin müavini Zhanargul Alzhanova, Qırğızıstanın Ədliyyə Nazirliyinin Analitik və Rəqəmsallaşdırma Departamentinin müdiri Aitolkun Zhakypova, Türkmənistanın CAREC Layihə Ofisinin direktoru Mergen Kepbanov, Macarıstanın Danube İnstitutunun icraçı direktoru İstvan Kiss, Şimali Kipr Türk Respublikasının Daxili İşlər Nazirliyinin aparat rəhbəri Mehmet Ercilasun fikirlərini bölüşüb.
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri Faiq Balabəyli
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun işinin uğurla davam etdiyini qeyd edib.
Müstəqil.Az
Bir çiçək, platforma, toy və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, cədvəl, platforma və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, cədvəl, platforma, toy və mətn şəkili ola bilər
Foto: İlkin Həmidov, Vüqar İbadov
Share: