Trampın çılpaq heykəli rekord qiymətə satıldı

“Julien’s Auctions” hərrac evində  ABŞ prezidenti Donald Trampın çılpaq heykəli 28 min dollara satılıb. Bu barədə “Raw Story” məlumat yayıb.
Anarxistlərin hazırladığı heykəli “Travel Channel” telekanalında yayımlanan paranormal hallar haqqında “Ghost adventures” (kabus sərgüzəştləri) verlişinin aparıcı Zak Baqans əldə edib.
O, heykəli  Las-Veqasdakı “kabuslar muzeyində” nümayişə çıxaracağını bildirib. (Oxu.Az)

Share:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir