Texnologiya Universitetinin Rektoru Yaşar Ömərov doğrudanmı müəllimlərdən pul tələb edir?…

Texnologiya Universitetinin Rektoru Yaşar Ömərov doğrudanmı müəllimlərdən pul tələb edir?…

ATU-nun Rektoru Yaşar Ömərov Novruz Bayramı qabağı müəllimlərə yazdığı pul mükafatları zornan tələb edir,…

Müstəqil.Az-a sızdırılan  məlumatlara görə Novruz Bayramı münasibətilə ölkənin ali təhsil ocaqlarında müəllimlərə Bayram mükafatları verilir.

Həmçinin ATU-nin rektoru Yaşar Ömərov müəllimlərə 200 manat həcmində mükafatın verilməsini göstəriş verib.

Texnologiya Universitetindən əldə etdiyimiz məlumatlara görə Rektor Yaşar Ömərov bir neçə gün olar ki, Kafedralara, Dekanatlıqlara tapşırıq verib ki, Novruz Bayramı münasibətilə maaş və mükafatlar vaxtından əvvəl ödəniləcəkdir.

Ödənilən maaş və mükafatı müəllimlərdən alaraq, Dövlət Büdcəsinə dəymiş ziyanın geri qaytarılmasını tələb etdiklərindın, Y.Ömərov müəllimləri hədəfə götürübdür.

Müstəqil.Az bildirir ki, Busaat.az saytı Pressinfo.az saytına istinadən xatırlatma verir ki,  ATU-nun Rektoru Yaşar Ömərovun haqqında bir milyon beş yüz min (1 milyon 500 min) manat korrupsiya faktı təsdiqlənərək Gəncə Prokurorluğunda qaldırılan işin yekunlaşması, Prokurorluğun qərarı maliyyə ödənişini Dövlət Büdcəsinə qaytarmasını tələb edilir.

Buna əsaslanaraq Texnologiya Univetsitetinin Rektoru Yaşar Ömərov Universitetin rəhbər şəxslərindən və müəllim kollektivindən 500 manat pul tələbini Dekan və Kafedraların müdirlərinin öhdəliyinə qoyubdur ki, maaş və mükafatlar ödəniləndə müəllimlərdən deyilən məbləği alınsın.

Bu gün və ötən günlər ərzində bir çox müəllimlər 500 manatı Kafedra və Dekanlara vermələri haqda söz-söhbət gəzir. Doğurdanmı, bu belədir? Çox güman ki, hüquq mühafizə orqanları bu haqda son sözü deyəcək.
Adları çəkilən saytlar qeyd edir ki, Texnologiya Universitetin Ümumi işlər üzrə prorektoru, DTX -nin əmkdaşı polkovnik-leytenan Rauf Bağırov adlı şəxsin bu qanunsuz pul tələbindən xəbəri vardır.

Texnologiya universitetinin ümumi İşlər üzrə Prorektorunun da vəzifə öhdəliklərini yerinə yetirmədiyi,   rektorun qanunsuz əməllərinin qarşısını alınmasında səlahiyyətlərin istifadə etməməsi də yayılan xəbərlər sırasındadır..

Dövlət qurumlarının ATU-nun rektoru Yaşar Ömərovun qanunsuz əməllərini hara qədər göz yumacaqlarını qeyd edən narazı tərəf Universitetdə baş verən hadisələri ictimailəşdirəcəklərini deyirlər.

P,S. Müstəqil.Az saytı, qarşı tərəfin, ATU-nin rektoru Yaşar Ömərovun, digər səlahiyyət sahiblərinin fikirlərinə səxavətlə yer ayıra=mağa hazırdır.
Müstəqil.Az

Share: