Sovet dövründə obyektlərə və gəmilərə milli adların verilməsi heç də asan deyildi. Lakin Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində bu maneələr aradan qaldırıldı.

İlk addımlar
1971-ci il fevralın 2-də Ulu Öndərin təşəbbüsü ilə “Xəzərdənizneftdonanma” üçün yeni inşa edilmiş iki kran gəmisinə tanınmış neftçilərimizin – Fuad Səmədov və Məlik Göyçayevin adı verilir.
Elə həmin ildə Xəzər Dəniz Gəmiçiliyinin “çay-dəniz” tipli gəmilərindən biri əfsanəvi partizan Mehdi Hüseynzadənin şərəfinə “Qəhrəman Mehdi” adlandırılır.

Bundan sonra donanmamız yeni gəmilərlə zənginləşir: “Nəsimi”, “Nizami”, “Füzuli”, “Vaqif”, “Şair Sabir”, “Hüseyn Cavid”, “Cəfər Cabbarlı”.


Beləliklə, bu gün gəmilərimiz təkcə yük daşımır, həm də xarici ölkələrdə zəngin mədəniyyətimizi və şanlı tariximizi təmsil edir.
Sevda Abdullayeva – İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi
“Seanews.az”





















