“Tarixdə heç vaxt Armeniya adında dövlət olmayıb”

“Tarixdə heç vaxt Armeniya adında dövlət olmayıb”

“Tarixdə hayların “Armeniya” adlı bir krallığı olmayıb. “Armeniya” coğrafi bir termindir və haylarla heç bir bağlılığı yoxdur.

Təsadüfi deyil ki, bu gün ermənilər özlərini “hay”, ölkələrini isə “Hayestan” adlandırırlar.Paşinyanın “erməni kralı” olaraq qeyd etdiyi Böyük Tiqran adlı tarixi şəxs həqiqətən də olub. Lakin bu tarixi şəxsin hay hökmdarı olması tamamilə uydurmadır. Böyük Tiqran etnik olaraq partdır və Parfiya imperiyasının arşakilər sülaləsinin bir qolu olan artaşıdlər (artaksid) sülaləsinə məsnub olub. Məşhur amerikalı tarixçi Vayn Kepperin arşakilər sülaləsi ilə bağlı xüsusi araşdırması da var. Bu əsərdə arşakilər sülaləsinin bütün nümayəndələri haqda ətraflı məlumat qeyd edilib. Erməni tarixçiləri də bütün əsərlərində qeyd edirlər ki, arşakilərin haylarla heç bir əlaqəsi yoxdur.
Böyük Tiqran tarixdə heç də müsbət obraz kimi xatırlanmır:Tiqran öz ailəsinə xəyanət etmiş bir şəxs olaraq tanınır. Ermənilərin ağızdolusu danışdığı və özününküləşdirmək istədiyi bu şəxsin tarixdə elə də ciddi bir fəaliyyəti olmayıb. Tarixi qeydlərdə Tiqranın Pont çarlığı ilə uzun illər müharibə etməsi və elə bu müharibə gedişində əsir alınaraq həbs edilməsi qeyd olunur.
Tiqranın yaşadığı tarixi dövrdə Qafqazda Albaniya, Araz çayından cənubda isə Atropatena dövlətləri mövcud olub. Dünya tarixşünaslığında Azərbaycan coğrafi adının Atropatenadan formalaşdığı birmənalı olaraq qəbul edilir”.
Kərəm Məmmədov, fəlsəfə doktoru, tarixçi alim.
“Ərməniyyə ancaq yer adı olub, tarixdə heç vaxt Armeniya adında dövlət olmayıb. Armeniya dövlətinin varlığını sübut edən və erməni hökmdarları tərəfindən erməni dilində yazılmış hər hansı dövlət sənədi heç vaxt olmayıb. Bizim 1918-ci ilə qədər hər hansı dövlətimiz olmayıb. Biz həmişə yunan, fars, ərəb, türk dövlətlərinin tərkibində yaşamışıq. Məhz buna görədir ki, bizdə çoxlu türk adları, soyadları, sözləri var, türklərdə isə heç kimdə erməni adı, soyadı və sözü yoxdur. Bu faktlar bir daha sübut edir ki, ermənilər türk dövlətlərinin tərkibində yaşayıblar.”.
Filip Ekozyants, erməni tarixçi.
“Daxildə özünə hay, dillərinə hay dili, əcdadlarına Hayk, atalarına Hayrik, vətənlərinə Hayrenik, ölkələrinə Hayastan deyən bu həyasız etnik toplum, özünü dünyaya erməni, məskunlaşdıqları ərazini isə Armeniya kimi təqdim edir. Əslində isə ərmənlər Qərbi Azərbaycanın qədim türk-qıpçaq əsilli tayfası olublar və onların məskunlaşdığı ərazi Ərməniyyə adlanırdı. Bu saxtakarlıqla haylar özlərini Qərbi Azərbaycanın guya yerli əhalisi kimi qələmə verirlər. Haylar ərmən, Hayastan isə Ərməniyyə deyil.”.
Əziz Ələkbərli,
tarixçi alim.
Share: