17 mart 2026-cı il tarixində Atatürk Mərkəzində tanınmış yazıçı, ssenarist və publisist Orxan Fikrətoğlunun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ölkənin ictimai-siyasi xadimləri, ədəbiyyat və incəsənət nümayəndələri, media təmsilçiləri iştirak ediblər.
Tədbirdə akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, Türkiyədən “Türk Ədəbiyyatı jurnalının” baş redaktoru, tərcüməçi, yazıçı İmdat Avşar, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavinləri Səadət Yusifova və Murad Hüseynov, şair Əkbər Qoşalı, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Əməkdar jurnalist Etibar Babayev, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin sədri Rəşad Məcid, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu, şair,publisist Fərid Hüseyn, yazıçılar Rüstəm Dastanoğlu və Şərif Ağayar, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, ədəbiyyatşünas Azər Turan, tənqidçi-ədəbiyyatşünas Nərgiz Cabbarlı, Rəhim Sadıqov, kinoşünas və kinorejissor Cəmil Quliyev, yazıçının bacısı, şair Aysel Fikrət və digərləri çıxış edərək Orxan Fikrətoğlunun çoxşaxəli yaradıcılıq yolundan bəhs edib, xatirələrini bölüşüblər.
Orxan Fikrətoğluna yubileyi münasibətilə Türk Ədəbiyyatı Vəqfi, Gürcüstanın Ümumilli Şota Rustaveli Fondu, Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsi, Azərbaycan Respublikasının Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsi, İsveç mədəniyyət ictimai qurumu, Alman-Azərbaycan Cəmiyyəti, eləcə də Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən mükafat və diplomlar təqdim olunub.
Tədbirin sonunda Orxan Fikrətoğlu çıxış edərək təşkilatçılara, həmçinin tədbiri idarə edən Nizami Cəfərova təşəkkürünü bildirib, bu cür görüşlərin yaradıcılıq fəaliyyəti üçün mühüm mənəvi stimul olduğunu qeyd edib.
Orxan Fikrətoğlunu 60 illik yubileyi münasibətilə təbrik edirik
#OrxanFikrətoğlu60
#Atatürkmərkəzi






















