Tanınmış şair Əlirza HƏSRƏT: Yuxuma da gəlməyir heç, Allah,mənim anam hanı???…

Tanınmış şair Əlirza HƏSRƏT: Yuxuma da gəlməyir heç, Allah,mənim anam hanı???…

Müstəqil. Az tanınmış şair Əlirza Həsrətin anasızlığının ağrısını sosial şəbəkədəki divarında ürəkağrısı ilə ifadə edib və onunla bu ağrını bölüşənlərə minnətdarlığını bildirib:

ANAMIN DÜNYASINI DƏYİŞMƏYİ İLƏ ƏLAQƏDAR MƏNƏ BAŞ SAĞLIĞI VERƏN BÜTÜN DƏYƏRLİ İNSANLARA TƏŞƏKKÜR EDİRƏM!
HAMINIZ HƏR ZAMAN VAR OLUN!
…Allah nə yaxşı ki dolan ürəyimizi boşaltmaq üçün bir cüt göz verib bizə…Hönkürmək verib,hıçqırmaq verib bizə Allah…
…Evdə oturanda,uzatdığı ayaqlarının yanında xəyala salmağıdan xoşhallanan Anam,indi öz hüzür məclisində başda oturmağımdan elə qürrələnib,elə xumarlanıb ki qara torpağın qoynunda…
…Yas məclislərində qapının giriş tərəfində birinci yerdə əyləşən hər kəsə yazıqlığım gəlirdi uşaqlığımdan bəri…Heç vaxt təsəvvür etməzdim ki,həmən birncilərdən də biri indi mən olacağam…Dünyanın ən ağır yükünün altından silkinib çıxmağa nə varmış ki…
…Ana yoxluğunun çəkisi,ağırlığı bütün kainatdan çəkisindən də ağır imiş ki…Bax,bu yoxluğun altında elə sıxılmışam ki,gözlərimin seli,suyu alıb ağuşuna bütün varlığımı…
…Qeybdən bir pıçıltı gəldi qulağıma …
…Oğlum,Ana yoxluğuna məhkumkumluğun cəzası sənə ömürlükdür qadan alım,ömürlük…Sən də özünü öyrət bu yoxluğun ağırlığını çiyinlərində daşımağa…
…Ruhun şad olsun,Ana! Təsəvvür etmədiyim yoxluğun yaman yerdə haqladı məni, Ana…Yaman yerdə yüklədim çiyinlərimə bu çarəsi olmayan anasızlıq yükünü,..yaman yerdə bağışladın mənə evdə boş qalan yerini…Aministliyə düşməyən bu cəzaya tablamağa görək gücüm çatacaqmı?!…..
….Bağrıma basdım yoxluğun bu qərib balasını sənin kimi əzizləyə biləcəkmi,Mama???
…Su çəkilib, sonam hanı?
Haqdan gələn ənam hanı?
Yuxuma da gəlməyir heç,
Allah,mənim anam hanı???…
Əlirza HƏSRƏT
Share: