
Yanvarın 17-də millət vəkili Tamam Cəfərova Şamaxı rayonunda növbəti vətəndaş qəbulu keçirib. Vətəndaşları fərdi qaydada qəbul edərək, onların təklif və problemləri müzakirə edilib.
Vətəndaşlar əsasən məşğulluq, sosial müdafiə və fərdi problemlərlər əlaqədar müraciət ediblər. Vətəndaşların qaldırdığı məsələlər diqqətlə dinlənilib və araşdırılması üçün aidiyyəti qurumlara yönləndirilib.
Vətəndaşlarla görüşün səmərəliliyinin artırılması və operativliyin təmin olunması məqsədilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini və aidiyyəti qurumların nümayəndələri də qəbulda iştirak ediblər.
Növbəti vətəndaş qəbulunda iştirak etmək istəyən seçicilər 050 596 34 38, 055 571 68 97, 0514660090( whatsapp, zəng) nömrələri vasitəsilə əlaqə saxlaya bilərlər.