Tacikistan prezidenti Emomali Rahmonun Azərbaycan səfərinin tarixi açıqlanıb.
Müstəqil.az-ın APA-ya istinadən verdiyi məlumata görə, səfər avqustun 9-na planlaşdırılır.
Bildirilir ki, Tacikistan prezidentinin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında bəzi sənədlərin imzalanması gözlənilir.
Qeyd edək ki, avqustda Tacikistan prezidenti E. Rahmonun Özbəkistan və Türkmənistana da səfəri planlaşdırılıb.





















Bir cavab yazın