Səlim Babullaoğlunun “Oğlumla söhbətlər” və  “Baş hərfi yazılmayan cümlə”si LİTERAda….

Səlim Babullaoğlunun “Oğlumla söhbətlər” və  “Baş hərfi yazılmayan cümlə”si LİTERAda….

Bu gün Litera Book & Coffee məkanında ədəbi mühitin yadda qalan axşamlarından biri yaşandı.

Müstəqil.Az xəbər verir ki, tanınmış şair Səlim Babullaoğlunun oxucularla  şeir gecəsi keçirilib.
Gecədə müəllifin iki yeni kitabları – “Oğlumla söhbətlər” və  “Baş hərfi yazılmayan cümlə” təqdim olundu. Şair hər iki nəşrdən seçilmiş şeirləri səsləndirdi. Zalda sükut və diqqət hökm sürür, müəllifin ifasınsa səslənən şeirlər  dinləyicilər tərəfindən böyük maraqla qarşılanırdı.


Şeir gecəsində şairin qələm dostları, ədəbiyyat adamları və daimi oxucuları qatılmışdı.  Səmimi müzakirələr, ədəbi diskusiyalarla müşahidə olunan  şeir axşamında müəllifə ünvanlanan suallar cavabsız qalmadı.

Şair hər iki kitabın yaranma prosesi, mövzu seçimi və şəxsi duyğularının poeziyaya necə çevrildiyi barədə danışdı. Eyni zamanda tərcümələrdən də misralar səsləndi.
Görüş ədəbi dialoq, fikir mübadiləsi və poeziyanın birləşdirici gücünü bir daha nümayiş etdirən isti atmosferdə başa çatdı. 

Səadət Sultan

Xüsusi olaraq Müstəqil.Az üçün

Share: