Şəhla Rəvan tanınmışların təqdimatında… – Əfrahim Hüseynli yazır

Şəhla Rəvan tanınmışların təqdimatında…  – Əfrahim Hüseynli yazır

Xüsusi olaraq “Mustaqil.az” portalı üçün

 

Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbinin direktoru, Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli nümayəndəsi, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, ədəbiyyatçı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Rəvanın təqdimatı rublikasında tanınmış ziyalılar, ədiblər, yazıçılar və şairlərin onun haqqında olan baxışlari ilə tanış oluruq:

“Söz tilsimində… Bildiyimiz kimi Azərbaycan ədəbiyyatı çox uzun – keşməkeşli, daşlı-kəssəkli bir yol keçmişdir. Bu yolda öz sözünü deyən qadın yazarlarımız da az olmayıb. Düzdür, əvvəllər bütün qələm əhli kimi qadın yazarlarımızın da el arasında təbliğatı, sözlərini deməsi kiçik məclislərdən kənara çıxa bilmirdi. Zaman keçdikcə bu çətinliklər ilbəil aradan götürülməyə başladı. Kütləvi informasiya vasitələri, qəzet və jurnallar, internet saytları bu çətinliklərə son qoydu. Beləliklə də hər bir söz adamı öz yaradıcılığını, öz içindən gələn, yuxusuz gecələr hesabına söz-söz misra-misra yaranan əsərləri ilə fikirlərini insanlarla bölüşə bildi…

Poeziyası ilə, gözəl qələmi ilə fəxr etdiyimiz qadın yazarlarımız Xurşudbanu Natəvan, Xanımana Əlibəyli, Mirvarid Dilbazi, Tamilla Şəfəq, Afaq Şıxlı və başqaları ilə elimiz-obamız həmişə fəxr edib. Belə istedadlı qələm sahiblərindən biri də həmyerlimiz Şəhla Rəvandır. Şəhla Rəvanın yaradıcılığında məni özünə cəlb edən nədir? Özünəməxsus poetik deyim tərzi, təkrarçılıqdan uzaq olması, az sözlə böyük mətləbləri ifadə etmək qabiliyyəti…

Artıq sənin deyil yaşadığın gün,
Gah yadda qalandır, gah unudulan.
Ötən xatirədir o sənin üçün,
Geriyə qayıtmaz yaşanan zaman.

Bu misralar müəllifin “Həyat” adlı şeirindəndir. Müəllifin yaradıcılığında mövzu rəngarəngliyinin olması oxucunu özünə çəkən çox yüksək cəhətlərdən biridir.

Baxışım səpilib yollara bütün,
Mən yollar üstündə sual oluram.
Bir anlıq səninlə görüşmək üçün,
Özüm də bilmədən xəyal oluram.

Bu isə müəllifin “Səninlə gqrüşmək üçün” şeirindəndir.
Şəhla Rəvanın şeirlərini oxuduqca, hiss edirsən ki, o, söz qıtlığı çəkmir. Onun poetik deyim tərzinə fikrini ifadə etmək çətinliyi yaddır. Hətta, müəllif şeirlərində poetik etirafları da çox ustalıqla qələmə alır. O, “Mən olmuşam” şeirində yazır:

“Gözünün yaşını silən mən idim.
Hər zaman üzünə gülən mən idim.
Mən özüm deyildim, axı sən idim,
İndi nədən belə yaman olmuşam?”

Onun yaradıcılığı haqda çox danışa bilərəm. Mən qələm yoldaşımız Şəhla Rəvana yeni-yeni yaradıcılıq uğurları arzulayıram! Ən əsası isə böyük oxucu sevgisi!”

Əfrahim Hüseynli
(Azərbaycan Yazıçılar Birliyinin üzvü, həkim, şair)

Share: