Sumqayıtda partlayışda xəsarət alanlar tibb müəssisələrinə yerləşdirilib

Sumqayıtda partlayışda xəsarət alanlar tibb müəssisələrinə yerləşdirilib

Sumqayıtda partlayışda xəsarət alanlar tibb müəssisələrinə yerləşdirilib

Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayış nəticəsində 4 nəfər (2-si böyük, 2-si uşaq olmaqla) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinə yerləşdirilib.

Bu barədə TƏBİB-dən -nın sorğusuna cavab olaraq bildirib.

1986-cı il təvəllüdlü (kişi cinsli) və 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxslər Təcili Tibbi Yardım Xəstəxanasına, 2013-cü il təvəllüdlü (kişi cinsli), 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxslər isə Uşaq Xəstəxanasına yerləşdiriliblər.

Müxtəlif növ yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. 1986-cı il təvəllüdlü şəxsin vəziyyəti stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qiymətləndirilir.

Share: